İnformasiya texnologiyalarının səhiyyədə tətbiqi genişlənir

İnformasiya texnologiyalarının səhiyyədə tətbiqi genişlənir

“Elektron Səhiyyə” portalı vasitəsilə 39 elektron xidmət vətəndaşların istifadəsinə verilib

Səhiyyə sisteminin bütün sahələrində informasiya texnologiyalarının tətbiqi genişləndirilir – yeni informasiya sistemləri tətbiq edilir, məlumat bazaları, tibbi registrlər yaradılır. Hazırda bu xidmətlərdən həm pasiyentlər, həm də tibb işçiləri lazımi qaydada yararlana bilirlər.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin “Elektron Səhiyyə” portalı vasitəsilə 39 elektron xidmət vətəndaşların istifadəsinə verilib. Bunlardan ən son tətbiq olunanları “Xəstəliklərin beynəlxalq təsnifatı”, “Tibb işçilərinin sertifikasiya imtahanına buraxılışın əldə edilməsi” və “Sertifikasiya şəhadətnaməsinin çapı” elektron xidmətləridir.
Daha bir e-xidmət – “Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna yazılma” elektron xidməti ilkin mərhələ kimi Bakı şəhəri üzrə uşaq poliklinikalarında tətbiq olunub. Çox sadə üsulla istifadə edilən bu xidmətdə vətəndaş 18 yaşı tamam olmamış övladının qeydiyyatda olduğu uşaq poliklinikasına “Elektron Səhiyyə” portalı vasitəsilə onlayn müraciət edərək, onun üçün evə həkim çağıra və ya həkim qəbuluna yazıla bilər.
Portalda fəaliyyət göstərən “Onlayn konsultasiya” xidməti isə vətəndaşların elektron səhiyyə barədə suallarını cavablandırmağa imkan verir. Bu xidmət vasitəsilə hər kəs öz sual və müraciətlərini birbaşa Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinə göndərə bilir. “Onlayn konsultasiya” xidməti bütün sualları iş günləri saat 9:00-dan 18:00-dək real vaxt rejimində cavablandırır. Qeyri-iş günləri müraciət edəndə isə müraciət edənin elektron poçtuna növbəti iş günü ərzində cavab göndərilir.
Elektron xidmət səhifələrində xidmətlərdən istifadə qaydaları da öz əksini tapıb.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova