Narkomanlığa qarşı mübarizəyə dair Tədbirlər Planının icrası davam edir

Narkomanlığa qarşı mübarizəyə dair Tədbirlər Planının icrası davam edir

2016-cı ilin ilk 6 ayı ərzində Respublika Narkoloji Mərkəzində bütün növ sərxoşluq hallarının təyini məqsədi ilə aparılan tibbi müayinələrdən 11 715 nəfər keçib. Onlardan 478 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub, 243 nəfər istifadəçi aşkarlanıb və müvafiq qeydiyyata götürülüb.
Bu barədə Səhiyyə Nazirliyi mətbuat xidmətinin Respublika Narkoloji Mərkəzinin (RNM) 2016-cı ilin birinci yarımilliyində fəaliyyətinə dair məlumatında bildirilir. Həmçinin qeyd edilir ki, həmin dövrdə RNM-də 1 321 nəfər stasionar müalicəyə qəbul olunub. Onlardan 573 nəfəri alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları, 748 nəfəri opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları diaqnozları ilə stasionar müalicəyə götürülüb.
Bundan başqa, Ədliyyə Nazirliyi tərəfindən Mərkəzə məhkəmə-narkoloji tibbi yoxlamadan keçmək üçün 1 107 nəfər göndərilib.
Məlumatda vurğulanır ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının aidiyyəti bəndlərinin icrası davam edir.
Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzində insanın immunçatışmazlığı virusu infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsinin yaradılması barədə” əmrinə əsasən, RNM-də 2011-ci ildən fəaliyyət göstərən müvafiq məntəqədə bu ilin ilk 6 ayı ərzində 1 088 nəfər müayinədən keçib.
Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadənin və asılılığının vaxtında aşkarlanması üçün Səhiyyə və Təhsil Nazirliklərinin birgə fəaliyyət planına əsasən “Narkotiklərə YOX deyək!” şüarı altında kampaniya davam edir. Yanvar-iyun ayları ərzində Mərkəzin mütəxəssisləri Bakı şəhərinin 27 məktəbində təşkil olunmuş tədbirlərdə, həmçinin Respublika məktəblərarası debat forumunda iştirak ediblər.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova