Azərbaycanda uşaq əhalisi nevroloji yardımla əhatə olunub
Ölkəmizin uşaq əhalisinə ixtisaslaşdırılmış nevroloji müayinə və müalicə xidmətləri göstərən Səhiyyə Nazirliyi Uşaq Nevroloji Xəstəxanasına bu ilin 6 ayı ərzində 11 mindən çox uşaq müraciət edib, onlardan 1455 nəfəri stasionar müalicəyə qəbul olunub. Zəruri müalicə aldıqdan sonra 1381 xəstə evə buraxılıb. Bu barədə Səhiyyə Nazirliyi mətbuat xidmətinin ölkəmizdə uşaq əhalisinə göstərilən ixtisaslaşdırılmış müayinə və müalicə xidmətləri ilə bağlı yayımladığı press-relizdə məlumat verilib.30-09-2016, 13:38





