Azərbaycan və Almaniya hərbi tibb xidməti ekspertləri Bakıda təcrübə mübadiləsi apardılar
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Almaniya Federativ Respublikasının Federal Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlıq planına əsasən, Bakıda iki ölkənin tibb xidməti üzrə ekspertlərinin görüşü keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə nazirliyin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev, Almaniya Federal Müdafiə Nazirliyi Çevik Tibb Əməliyyat mərkəzinin nümayəndələri Ronni Mixael və Mikael Zann iştirak ediblər.
İki gün davam edən tədbirdə hərbi tibb mütəxəssisləri “Tibb bölmələri əməliyyatlarda” mövzusunda təcrübə və fikir mübadiləsi aparıblar.
Səfər zamanı qonaqlar həmçinin Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub, bölmə və şöbələrdə yaradılmış şəraitlə, eləcə də müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpusları ilə tanış olublar.