Bərdədə hərbi cərrahiyyə üzrə seminar

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi Azərbaycan Respublikası Səhiyyə və Müdafiə nazirlikləri ilə birgə Bərdə Müalicə Diaqnostika Mərkəzində hərbi cərrahiyyəyə dair seminar təşkil edib.
Tədbirdə Azərbaycanın mülki və hərbi hospitallarından 40-a yaxın mütəxəssis təqdimat və müzakirələr vasitəsilə hərbi cərrahiyyədə anesteziya, infeksiyaların nəzarətdə saxlanması və fövqəladə hallar zamanı xəstə axınının idarə olunması ilə bağlı biliklər əldə ediblər.
Azərbaycanda bu qəbildən ilk dəfə təşkil olunan seminar BQXK-nin müharibə zamanı yaralanmış xəstələrin müalicəsində və yerli həkimlərə seminarlar keçirilməsində çoxillik təcrübəsi olan cərrahları Martin Herrmann (Almaniya) və Marko Pinna Pintor (İtaliya) tərəfindən keçirilib.
BQXK-nin Bərdə ofisinin rəhbəri Cihad Nabhan təmsil olunduğu qurumun 1989-cu ildən münaqişələrin təsir etdiyi ərazilərdə hərbi cərrahiyyə ilə bağlı seminarlar keçirdiyini bildirib: “Məqsədimiz xəsarət almış hər bir xəstənin düzgün müalicə edilməsi üçün tibbi personalın bacarıqlarının öyrənmə və təcrübə mübadiləsi vasitəsilə artırılmasına nail olmaqdır”.
Xəbəri paylaş