Sağlam uşaq dünyaya gətirmək istəyən bu müayinədən keçməlidir

2016-cı il sentyabrın 28-də Respublika Perinatal Mərkəzində Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) növbəti təqdimatı təşkil edib. Tədbirdə "Reproduktiv sağlamlıqda müasir laborator-diaqnostik metodların rolu" mövzusunda RMDM-in İSO15189: 2007 sertifikatını almış mütəxəssisi - Laboratoriya şöbəsinin müdiri Arif Yusifov çıxış edib. Mükəmməl nəzəri biliklərə və zəngin praktik təcrübəyə malik olan A.Yusifov təqdimatda hər bir qadının sağlam olması üçün vacib olan məqamlardan söhbət açıb. Vurğulayıb ki, qadınlar reproduktiv sağlamlıqlarının qayğısına qalmaq üçün hamiləlikdən əvvəl, hamiləlik zamanı və hamiləlikdən sonra bir sıra müayinələrdən keçməlidirlər. A.Yusifov qadınların sağlam uşaq dünyaya gətirməsi üçün irsi trombofiliya müayinəsinin vacibliyini diqqətə çatdırıb. Bunun üçün RMDM-də müasir laborator-diaqnostik metodlardan istifadə olunduğu bildirib.
Respublika Perinatal Mərkəzin tibb heyətinin böyük marağına səbəb olan təqdimatın sonunda iştirakçıların sualları ətrafında fikir mübadiləsi aparılıb.
Xəbəri paylaş