Dünya şöhrətli transplantoloq ATU-da mühazirə oxuyub

Dünya şöhrətli transplantoloq ATU-da mühazirə oxuyub

Koreya Respublikasının Tibbi Liderlər Korporasiyasının (MLC) prezidenti, professor Dak Yonq Hanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) olub.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə görüşdə rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti haqqında məlumat verib. Qeyd olunub ki, hazırda universitetdə 8 minə yaxın tələbə və rezident təhsil alır, onların min nəfərdən çoxu xarici tələbədir.
Orqan nəqli üzrə dünya şöhrətli alim Dak Yonq Han qeyd edib ki, Koreya Tibbi Liderlər Korporasiyası Azərbaycandan olan professor-həkimlərlə əməkdaşlığın qurulmasında çox maraqlıdır.
Qonaqlar – professor Dak Yonq Han, Koreya Mərkəzi və Cənubi Amerika Assosiasiyasının sədr müavini Sunq Çul Şin, MLC-nin baş katibi Sanq Min An ATU-nun klinikaları, o cümlədən tədris təlim mərkəzindəki simulyasiya otaqları ilə tanış olublar.
Sonra ATU-nun Tədris Cərrahiyyə Klinikasında koreyalı alimlərin iştirakı ilə toplantı keçirilib. Klinikanın direktoru, professor Surxay Hadıyev son illər Koreya Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın daha da gücləndiyini, müxtəlif sahələrdə əlaqələr yaradıldığını qeyd edib: “Səhiyyə əməkdaşlığı sahəsində də mühüm addımlar atılıb. 2007-ci ildə Koreyadan gələn həkim briqadası Qəbələdə öz təcrübələrini bizim həkimlərlə bölüşmüşdülər. Ümid edirəm ki, aramızdaki körpü daimi olacaq”.
Professor Dak Yonq Han Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib, Seulda fəaliyyət göstərən “Asan” klinikasının fəaliyyəti haqqında məlumat verib. Onun sözlərinə görə, Koreyada ilk dəfə 1992-ci ildə vəfat etmiş şəxsdən mədəaltı vəzinin və böyrəyin köçürülməsi əməliyyatı həyata keçirilib. “Asan” klinikasında 2000-ci ildə mininci böyrəkköçürmə əməliyyatı icra edilib.
Daha sonra Dak Yonq Han “Böyrək və pankreasın köçürülməsi” mövzusunda maraqlı mühazirə ilə ATU-nun tələbələri və rezidentləri qarşısında çıxış edib. O məlumat verib ki, ölkəsində indiyədək 4000 böyrək, 300 mədəaltı vəzi transplantasiyası həyata keçirilib. Koreyada ən kiçik donor dördaylıq, ən yaşlısı isə 80 yaşında olub.
Mühazirədən sonra koreyalı professor tədbir iştirakçılarının suallarını cavablandırıb.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova