Xalq təbabəti – səhiyyənin keçmişi və gələcəyi arasında körpü

Xalq təbabəti – səhiyyənin keçmişi və gələcəyi arasında körpü

Hindistanın Qandinaqar şəhərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xalq təbabətinə həsr olunan ilk qlobal sammiti keçirilib. Tədbirin əsas mövzusu səhiyyə sahəsində problemlərin həllində ənənəvi, komplementar və interqrativ (müxtəlif yanaşmaları birləşdirən) tibbin rolunun tədqiq edilməsi olub.
ÜST xəbər verir ki, sammitdə xalq təbabətinin və onun sağlamlığa təsirinin sistematik nəzərdən keçirilməsinin nəticələri, müxtəlif vasitələrin klinik effektivliyinə dair məlumatlar, eləcə də süni intellektin xalq təbabəti sahəsində təsirinə dair tədqiqatların nəticələri təqdim olunub.
“Ənənəvi tibbin səhiyyə sisteminə tətbiq edilməsi düşünülmüş, səmərəli və - ən əsası - təhlükəsiz şəkildə, ən aktual elmi məlumatların əsasında həyata keçirildikdə, o, bütün dünyada milyonlarla insan üçün tibbi yardıma çıxışda boşluqların aradan qaldırılmasına köməklik edə bilər. Bu, insanla bağlı sağlamlığa və rifaha yanaşmaların reallaşdırılmasında mühüm addım ola bilər”, – deyə ÜST-nin baş direktoru Tedros Adhanom Gebreyesus bildirib.
Qeyd olunub ki, formalaşmış ənənəvi müalicə üsulları uzunmüddətli müşahidələrin və təcrübənin nəsildən-nəslə keçməsinin nəticəsidir. Bu irs insanın ətraf mühitə uyğunlaşmaq və onunla qarşılıqlı fəaliyyət göstərmək qabiliyyətini əks etdirir. Beləliklə, bitkilərin müalicəvi xüsusiyyətlərinə dair xalqların bilikləri müasir tibbin əsasını təşkil edir.
ÜST xalq təbabəti, o cümlədən ənənəvi hind təbabətinin Ayurveda sisteminin əhəmiyyətini təsdiqləyir. Yoqa və akupunktur da xroniki xəstəliklərin müalicəsində uğurla istifadə edilən ənənəvi təcrübələrin nümunələridir.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova