Alzheymer və Parkinson xəstəliklərinin müalicəsində ümidverici yenilik

Ankara Universitetindən professor Fikrət Şahinin apardığı araşdırma artıq 50 ildir istifadə olunan bir dərmanın Alzheymer və Parkinson xəstəliklərini necə müalicə etdiyini ilk dəfə ortaya çıxarıb.
E-saglam.az bildirir ki, alimlər bu xəstəliklərin əsas səbəbinin hüceyrələrdə səhv qatlanmış və yığılmış zülallar olduğunu müəyyən ediblər. Professor F.Şahinin sözlərinə görə, bu dərman həmin zülalları bərpa edərək xəstəliyin inkişafını ləngidə bilər.
Tədqiqat ruhi xəstəliklər, şizofreniya və ağır depressiyanın müalicəsində də təsirli ola bilər. Bu kəşf neyrodegenerativ xəstəliklər üçün yeni və effektiv müalicə üsulu təqdim edə bilər.
Araşdırmanın nəticələri “Scientific Reports” jurnalında dərc edilib.
Qeyd edək ki, həkim hələlik həmin dərmanın adını açıqlamayıb.
Xəbəri paylaş