ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib

ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə texniki rəhbəri bir çox ölkədə virusun davamlılığı ilə bağlı xəbərdarlıq təbili çalır.
AZƏRTAC xəbər verir ki, yoluxucu xəstəliklər üzrə amerikalı mütəxəssis Maria Van Kerxove İsveçrənin gündəlik “Le Temps” qəzetinə müsahibəsində deyib: "Dünya unutmuş kimi görünsə belə, biz həmişə COVID-19-u ciddi qəbul etməliyik. Virus planetin bir çox ölkələrində özünün mutasiya şansını artıraraq çox dövr etməkdə davam edir. Biz EG.5 və BA.2.86 daxil olmaqla, ən son variantları diqqətlə izləyirik".
ÜST iyulun 17-dən avqustun 13-dək altı regionda COVID-19-a 1,4 milyon yeni yoluxma və 2300-dən çox ölüm faktı qeydə alıb. Bu, əvvəlki 28 günlük dövrlə müqayisədə yoluxma hallarında 63 faiz artım deməkdir.
Maria Van Kerxove həmçinin hökumətləri virusa qarşı tədbirli olmağa çağırıb. O əlavə edib: “Biz BA.2.86 və ya digər variantlardan asılı olmayaraq, yeni infeksiya dalğalarını gözləyirik. Yeni ölümlərin və xəstəxanaya yerləşdirmə dalğasının qarşısını almaq istəyiriksə, ayıq-sayıq olmalıyıq".
ÜST öz saytında bu günə qədər bütün planetdə 769 milyondan çox yoluxma halının qeydə alındığı və pandemiyanın 6,95 milyondan çox insanın həyatına son qoyduğu barədə məlumat verib. BMT-nin səhiyyə orqanı əlavə edib ki, son yeddi gündə 3446 yeni yoluxma qeydə alınıb.
ÜST həmçinin COVID-19-la mübarizənin davam etməsinin vacibliyini vurğulayıb və bununla bağlı texnologiyalara, biliklərə və klinik məlumatlara əlçatanlığı yaxşılaşdırmaq üzrə tərəfdaşlığın genişlənməsini də elan edib.
BMT-nin saytı xəbər verir ki, C-TAP adı verilən tərəfdaşlıq 2020-ci ildə ictimai səhiyyəyə yönəlmiş şəffaf və qeyri-eksklüziv lisenziya müqavilələri vasitəsilə COVID-19-la mübarizədə tibbi məhsullara vaxtında, ədalətli və sərfəli çıxışı təşviq etmək üçün başlanılıb.
ÜST-nin baş direktoru Tedros Gebreyesus bununla bağlı deyib: “COVID-19 yox olmayacaq və dünya onun profilaktikası, testi və müalicəsi üçün alətlərə ehtiyac duymaqda davam edəcək”.
Azərbaycanda indiyədək koronavirus infeksiyasına 832 mindən çox yoluxma qeydə alınıb, 10 mindən artıq adam həyatını itirib. Ölkədə vurulan vaksinlərin ümumi sayı isə 14 milyon dozaya yaxındır.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova