Başsağlığı

Azərbaycan səhiyyəsinə və tibb elminə ağır itki üz vermişdir. Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının sabiq səhiyyə naziri, tibb elmləri doktoru, professor Oqtay Kazım oğlu Şirəliyev ağır xəstəlikdən sonra 75 yaşında vəfat etmişdir.
“Tibb qəzeti”nin kollektivi bacarıqlı rəhbər, alicənab, xeyirxah insan, sözünün sahibi olan, nurlu şəxsiyyət Oqtay Şirəliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, yaxınlarına, Azərbaycanın səhiyyə iştimaiyyətinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Xəbəri paylaş