Azərbaycan və Fələstin arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Fələstin arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan səhiyyə naziri Teymur Musayev Fələstinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Əhməd Metanini qəbul edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev xalqlarımız arasında münasibətlərin inkişafında dövlət başçılarının müstəsna rolunu vurğulayıb. Nazir Azərbaycan ilə Fələstin arasında həm ikitərəfli, həm də bir sıra beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlığın mövcudluğunu məmnunluqla qeyd edib.
Teymur Musayev Azərbaycan və Fələstin arasında səhiyyə sahəsində də əməkdaşlığın inkişafı üçün potensialın olduğunu diqqətə çatdırıb.
Sonda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.
Öz növbəsində Əhməd Metani Fələstinə göstərdiyi humanitar yardımlara görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. Onun sözlərinə görə, ölkələrimiz arasında tarixi və ənənəvi dostluq münasibətləri mövcuddur: “Azərbaycan ilə Fələstin arasında münasibətlər həmrəylik, dostluq və qarşılıqlı hörmət prinsipləri çərçivəsində uğurla inkişaf edir”.
Səfir Azərbaycanın Səhiyyə Nazirliyi ilə səmərəli əməkdaşlığın qurulmasında maraqlı olduğunu bildirib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Xəbəri paylaş




Sentyabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova