Səhiyyə və tibb elmi sahəsində Azərbaycan – Tacikistan əməkdaşlığı məsələləri müzakirə olunub

Səhiyyə və tibb elmi sahəsində Azərbaycan – Tacikistan əməkdaşlığı məsələləri müzakirə olunub

Azərbaycan Səhiyyə Nazirliyində Tacikistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmon ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, görüşdə səhiyyə naziri Teymur Musayev ölkələrimizin bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O, münasibətlərimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini vurğulayıb. Teymur Musayev bu günlərdə Bakıda keçirilən SPECA sammiti çərçivəsində Azərbaycan və Tacikistan prezidentləri arasında görüşü xatırladıb. Nazir belə səfərlərin ikitərəfli münasibətlərin möhkəmləndirilməsində əhəmiyyətli olduğunu bildirib.
Teymur Musayev Azərbaycanla Tacikistan arasında səhiyyə sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialın olduğunu söyləyib. “Ölkələrimizin tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur”, - deyib.
Öz növbəsində səfir İlxom Abduraxmon Tacikistanın Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini vurğulayıb: “Ölkələrimiz arasında 1992-ci ildən etibarən diplomatik əlaqələr qurulub. Bu müddət ərzində Tacikistan və Azərbaycan dövlətlərinin qarşılıqlı münasibətləri müsbət dinamika ilə inkişaf edir”.
Görüşdə həmçinin səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsi, tibb kadrlarının hazırlanması, tibb universitetləri və milli səhiyyə institutları arasında təcrübə mübadiləsi barədə faydalı müzakirələr aparılıb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova