Türk Dövlətləri Təşkilatı ölkələrinin vahid transplantasiya məkanının yaradılması nəzərdə tutulur
“Hazırda iştirak etdiyimiz Türk Dünyası Tibb Konqresi çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin səhiyyə nazirləri bir araya gəldik və bəzi mühüm məsələləri müzakirə etdik. Hər bir nümayəndə heyəti düşündüyü vacib məsələlərə toxundu, öz təklifini verdi. Azərbaycan Respublikasının nümayəndə heyəti də bir neçə mühüm məsələ ilə bağlı öz fikrini bildirdi. Biz TDT çərçivəsində vahid türk təhsili standartının bərqərar olması və təhsildən sonrakı təlimlər təklifini irəli sürdük.31-10-2022, 12:13




