Səhiyyə naziri Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb

Səhiyyə naziri Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb

Səhiyyə Nazirliyində Macarıstanın ölkəmizdəki səfiri Tamaş Yojef Torma ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, səhiyyə naziri Teymur Musayev Tamaş Yojef Tormanı Macarıstanın ölkəmizdəki səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Nazir Azərbaycanla Macarıstan arasında səhiyyə və tibb elmi sahəsində məhsuldar əməkdaşlıq əlaqələrinin mövcudluğunu vurğulayıb: “Əczaçılıq sahəsində də əlaqələrimiz dinamik inkişaf edir. Bildiyiniz kimi, əczaçılıq sənayesi XXI əsrin ən mühüm sektorlarından biridir. Tarixən Macarıstanın əczaçılıq məhsulları keyfiyyətinə görə seçilib. Deyə bilərəm ki, Azərbaycanda səhiyyə müəssisələrinin bir qismi Macarıstan istehsalı olan tibbi cihazlarla da təchiz olunub. Eyni zamanda, ölkələrimiz arasında əczaçılıq sənayesi sahəsində əməkdaşlığın yeni keyfiyyət səviyyəsinə yüksəldilməsi üçün hər cür şərait var”.
COVID-19 infeksiyası ilə mübarizə mövzusuna toxunan Teymur Musayev vurğulayıb ki, Azərbaycan – Macarıstan əlaqələri Türk Dövlətləri Təşkilatının səhiyyə nazirlərinin əməkdaşlığı çərçivəsində aparılır.
Sonda nazir gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.
Öz növbəsində Tamaş Yojef Torma son illər ölkələrimiz arasında əczaçılıq sənayesində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. Səfir tibb təhsili sahəsində də qarşılıqlı fəaliyyət üçün yeni imkanlar yaradılmasını bildirib. “Hazırda 1200-ə yaxın Azərbaycan vətəndaşı Macarıstanın ali təhsil ocaqlarının tələbələridir. Bununla belə, hesab edirəm ki, tibb təhsili alan tələbələrin sayının artırılması zəruridir”, - deyə səfir vurğulayıb.
Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən söhbət zamanı səhiyyə və tibb elmi sahəsində Azərbaycan – Macarıstan əməkdaşlığının mövcud vəziyyəti və potensial inkişaf imkanları, həmçinin dərman və digər əczaçılıq məhsulları sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.





Noyabr 2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova