Türk Dünyası Tibb Konqresi çərçivəsində Azərbaycan səhiyyə naziri bir sıra ikitərəfli görüşlər keçirib

Türk Dünyası Tibb Konqresi çərçivəsində Azərbaycan səhiyyə naziri bir sıra ikitərəfli görüşlər keçirib

Türkiyə Prezidenti Administrasiyasının himayəçiliyi, Türk Dövlətləri Təşkilatının və Türkiyə Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən Türk Dünyası Tibb Konqresi çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevlə, həmçinin Türkiyənin səhiyyə naziri Fahrettin Koca, Qazaxıstanın səhiyyə naziri xanım Ajar Giniyat, Qırğızıstanın səhiyyə naziri xanım Gülnara Baatırova və Özbəkistanın səhiyyə naziri Bexzod Musayevlə ikitərəfli görüşlər keçirib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən xəbər verildiyinə görə, konstruktiv və qarşılıqlı anlaşma mühitində keçən söhbətlər zamanı səhiyyə və tibb elmi sahəsində ölkələr arasında əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları, həmçinin əczaçılıq sahəsində ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub.
Görüşlər zamanı vurğulanıb ki, Türk Dövlətləri Təşkilatının VIII Zirvə görüşünün sonunda dövlət və hökumət başçılarının hər ilin oktyabr ayında Türk Dünyası Tibb Konqresinin keçirilməsinə dair razılığa gəlməsi ölkələrimizin səhiyyə ictimaiyyəti üçün tarixi qərar olub. Bildirilib ki, təşkilata üzv ölkələrin səhiyyə nazirlərinin və elm adamlarının iştirakı ilə yaradılan bu platforma nəinki bu qurumda təmsil olunan ölkələrin tibb mütəxəssisləri ilə, eyni zamanda, digər ölkələrdə fəaliyyət göstərən türksoylu peşəkarlarla əlaqələr qurmaq, onların təcrübələri ilə tanış olmaq və gələcək qarşılıqlı əməkdaşlıq imkanlarını müəyyənləşdirmək üçün möhkəm əsaslar yaradır.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova