Azərbaycan səhiyyə naziri İstanbulda millət vəkili Şamil Ayrımı ziyarət edib
Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türkiyədə səfərdə olarkən ilk olaraq Azərbaycanda keçirdiyi avtomobil qəzasından sonra müalicəsi İstanbulda davam edən millət vəkili Şamil Ayrımı ziyarət edib.
Nazirliyin mətbuat xidməti xəbər verir ki, nazir Teymur Musayev millət vəkilinin səhhəti ilə maraqlanıb və ona şəfa diləyib.
Ziyarətdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva naziri müşayiət ediblər.