Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzinin direktor müavini, Elmi Tədqiqat Uşaq Onkologiya və Hematologiya İnstitutunun direktoru Məmmədbağır Cavad oğlu Əliyevə
Hörmətli Məmmədbağır Cavad oğlu! Sizi, müasir təbabət sahəsində tanınmış alimlərdən birini 60 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni-yeni uğurlar diləyirəm. Siz həkimlik fəaliyyətinə Azərbaycanda başlamış, sonra Rusiyanın görkəmli alimlərinin rəhbərliyi ilə gözəl elmi məktəb keçmisiniz. Sizin Əməkdar Elm Xadimi, Dövlət Mükafatı Laureatı, Rusiya Federasiyası Hökuməti Mükafatı Laureatı kimi yüksək adlar almağınız, habelə Rusiya Elmlər Akademiyasına29-05-2015, 12:08




