Səhiyyə və tibb təhsili sahəsində Azərbaycan-Argentina əməkdaşlığının perspektivləri müzakirə olunub

Səhiyyə və tibb təhsili sahəsində Azərbaycan-Argentina əməkdaşlığının perspektivləri müzakirə olunub

Səhiyyə Nazirliyində Argentinanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Marianxeles Belluşi ilə görüş keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirir ki, tanışlıq xarakteri daşıyan görüşdə qonaqları salamlayan nazir Teymur Musayev xanım Marianxeles Belluşini Argentinanın ölkəmizdəki səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Nazir iki ölkə arasında həyata keçirilən yüksək səviyyəli rəsmi səfər və görüşlərin qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi baxımından önəmini vurğulayıb.
Bir çox sahələrdə səmərəli ikitərəfli əlaqələrin mövcudluğunu qeyd edən Teymur Musayev milli səhiyyə müəssisələri arasında təcrübə mübadiləsi üçün böyük potensialın olduğunu vurğulayıb. Onun sözlərinə görə, səhiyyə siyasəti və ictimai səhiyyə sahəsində Azərbaycan və Argentina əlaqələri beynəlxalq müstəvidə - Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Qoşulmama Hərəkatı kimi qurumlarda səhiyyə nazirlərinin əməkdaşlığı çərçivəsində aparılır. Belə ki, koronavirusla mübarizəyə dəstəyin verilməsi məqsədilə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində 2021-ci ildə ÜST vasitəsilə Argentinaya 300 min ABŞ dolları məbləğində yardım göstərilib.
Nazir səhiyyə sisteminin rəqəmsallaşdırılmasını Azərbaycan Səhiyyə Nazirliyinin qarşısına qoyulan prioritet məsələlərdən biri olduğunu vurğulayıb: “Rəqəmsal səhiyyə sahəsində Argentina modeli Cənubi Amerikada liderdir. Bu sahədə Argentina təcrübəsinin öyrənilməsi bizim üçün faydalı ola bilər”.
Son illər ölkələrimiz arasında əczaçılıq sənayesində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayan nazir Argentinanın 43 dərman vasitəsinin Azərbaycanda dövlət qeydiyyatından keçdiyini bildirib. Teymur Musayev ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Öz növbəsində xanım Marianxeles Belluşi Argentinanın Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini qeyd edib. Onun sözlərinə görə, dost ölkələrin səhiyyəsinin səmərəliliyini artırmaq məqsədilə tibb təhsili sahəsində qarşılıqlı fəaliyyət üçün bütün zəruri vasitələr mövcuddur.
Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən söhbət zamanı səhiyyə və tibb elmi sahəsində Azərbaycan – Argentina əməkdaşlığının mövcud vəziyyəti və potensial inkişaf imkanları, həmçinin dərman və digər əczaçılıq məhsulları sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova