Azərbaycan səhiyyə naziri İstanbulda millət vəkili Şamil Ayrımı ziyarət edib

Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türkiyədə səfərdə olarkən ilk olaraq Azərbaycanda keçirdiyi avtomobil qəzasından sonra müalicəsi İstanbulda davam edən millət vəkili Şamil Ayrımı ziyarət edib. Nazirliyin mətbuat xidməti xəbər verir ki, nazir Teymur Musayev millət vəkilinin səhhəti ilə maraqlanıb və ona şəfa diləyib. Ziyarətdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva naziri müşayiət ediblər.

31-10-2022, 11:56

Səhiyyə Nazirliyində ÜST-nin nümayəndə heyəti ilə görüş keçirilib

Səhiyyə Nazirliyində ölkəmizdə işgüzar səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Malyariyaya yerli yoluxmanın kəsilməsinin Sertifikatlaşdırılması üzrə Texniki Məsləhət Qrupunun üzvlərinin daxil olduğu müstəqil Qiymətləndirmə Missiyasının nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə ÜST-nin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Hande Harmancı da iştirak edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkəmizin

31-10-2022, 11:53

Səhiyyə naziri Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb

Səhiyyə Nazirliyində Macarıstanın ölkəmizdəki səfiri Tamaş Yojef Torma ilə görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, səhiyyə naziri Teymur Musayev Tamaş Yojef Tormanı Macarıstanın ölkəmizdəki səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Nazir Azərbaycanla Macarıstan arasında səhiyyə və tibb elmi sahəsində məhsuldar əməkdaşlıq əlaqələrinin mövcudluğunu vurğulayıb: “Əczaçılıq sahəsində də əlaqələrimiz dinamik inkişaf edir. Bildiyiniz kimi, əczaçılıq sənayesi XXI

31-10-2022, 11:49

Səhiyyə naziri Kubanın ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan Respublikası Səhiyyə Nazirliyində Kubanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyon ilə görüş keçirilib. Görüşdə Azərbaycanın Kubadakı fövqəladə və səlahiyyətli səfiri Ruslan Rzayev də iştirak edib. Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, qonaqları salamlayan nazir Teymur Musayev Azərbaycan ilə Kuba arasında dostluq münasibətlərinin həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurla davam etdiyini vurğulayıb. Teymur Musayev bütün

31-10-2022, 11:48

Səhiyyə və tibb təhsili sahəsində Azərbaycan-Argentina əməkdaşlığının perspektivləri müzakirə olunub

Səhiyyə Nazirliyində Argentinanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Marianxeles Belluşi ilə görüş keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirir ki, tanışlıq xarakteri daşıyan görüşdə qonaqları salamlayan nazir Teymur Musayev xanım Marianxeles Belluşini Argentinanın ölkəmizdəki səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Nazir iki ölkə arasında həyata keçirilən yüksək səviyyəli rəsmi səfər və görüşlərin qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi

31-10-2022, 11:44

Dünya Bankının Texniki Yardım Missiyasının nümayəndə heyəti Səhiyyə Nazirliyində olub

Səhiyyə Nazirliyində Dünya Bankının Texniki Yardım Missiyasının ölkəmizdə işgüzar səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib. Nazirliyin mətbuat xidmətinin verdiyi məlumata görə, səhiyyə naziri Teymur Musayev Azərbaycanın dünyanın ən nüfuzlu maliyyə institutu olan Dünya Bankı ilə əlaqələrə və əməkdaşlığa hər zaman önəm verdiyini vurğulayıb: “Dünya Bankı ilə müxtəlif sahələrdə əməkdaşlıq ölkəmizdə qabaqcıl beynəlxalq təcrübənin tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir”. Nazir

31-10-2022, 11:41

İstanbulda Türk Dünyası Tibb Konqresi keçirilib

İstanbulda Türkiyə Prezidenti Administrasiyasının himayəçiliyi, Türk Dövlətləri Təşkilatı (TDT) və Türkiyə Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Türk Dünyası Tibb Konqresi keçirilib. Beynəlxalq tədbirdə TDT-nin üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirləri, tibb universitetlərinin rəhbərləri, müxtəlif ölkələrdən xüsusi olaraq dəvət olunmuş təbabət alimləri iştirak ediblər. Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, konqresdə ölkəmiz səhiyyə naziri Teymur Musayevin

31-10-2022, 11:05

Milli Məclisin Səhiyyə komitəsində ÜST nümayəndələri ilə görüş keçirilib

Milli Məclisin Səhiyyə komitəsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanda malyariyanın eliminasiyasının sertifikasiyası üzrə qiymətləndirmə missiyasının nümayəndə heyəti ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirildiyinə görə, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qonaqları salamlayaraq Azərbaycanda malyariya epidemiyası ilə mübarizədə əldə olunan nailiyyətlər barədə danışıb. Əhliman Əmiraslanov bu sahədə qəbul edilən dövlət proqramları,

31-10-2022, 11:03

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. Koronavirus (COVID-19)

31-10-2022, 10:53

Qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərə start verilib

Səhiyyə naziri Teymur Musayev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Qriplə mübarizəyə dair Qlobal Strategiya 2019-2030” sənədinə uyğun olaraq, 2022-2023-cü illərin payız-qış mövsümünün başlaması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks-epidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji nəzarətin gücləndirilməsi məqsədilə əmr imzalayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin bildirdiyinə görə, qrip və digər kəskin

31-10-2022, 10:46


Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova