ÜST rəhbəri: “ÜST Azərbaycan səhiyyəsində aparılan islahatları müsbət qarşılayır”

ÜST rəhbəri: “ÜST Azərbaycan səhiyyəsində aparılan islahatları müsbət qarşılayır”

Azərbaycanın səhiyyə naziri Teymur Musayevlə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus arasında görüş keçirilib. Görüş Astanada ÜST-nin Avropa Regional Komitəsinin 73-cü sessiyası çərçivəsində baş tutub.
Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə Teymur Musayev ölkəmizdə Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlığa böyük önəm verildiyini diqqətə çatdırıb və ötən müddət ərzində təşkilatın Azərbaycana göstərdiyi dəstəyinə görə təşəkkürünü bildirib.
“Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə səhiyyəsində həyata keçirilən köklü islahatlar nəticəsində bu sahənin yeni müasir konsepsiyalara uyğun modernləşdirilməsi, rəqəmsallaşdırma, uğurlu beynəlxalq təcrübədən istifadə, ilkin səhiyyənin və tibb təhsilinin inkişafı, uşaqların peyvəndlənməsi istiqamətlərində bir çox mühüm işlər həyata keçirilib, yeni qanunvericilik sənədləri hazırlanıb”, - deyə nazir vurğulayıb.
İşğaldan azad edilmiş ərazilərdə səhiyyə sisteminin yenidən qurulmasına başlandığını deyən Teymur Musayev bildirib: “Qarabağda yaşayan əhalinin müayinə və müalicəsi artıq dövlətimiz tərəfindən qarşılanır. Ötən ay həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində mülki əhaliyə zərər dəyməyib, yalnız legitim hərbi infrastruktur hədəfə alınıb”.
Həmçinin nazir BMT-nin nümayəndələrinin Azərbaycanın Qarabağ regionuna səfəri çərçivəsində mövcud vəziyyətin müsbət qarşılandığını qeyd edib: “Həmin bölgədə yaşayan əhali dərhal qida və dərman preparatları ilə təmin edilib. Xankəndidə yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və zərərçəkmiş şəxslərə təcili tibbi yardımın göstərilməsi təşkil edilib”.
Teymur Musayev bildirib ki, Azərbaycan dünyada ən çox mina ilə çirklənmiş ölkələr sırasındadır: “Azərbaycanın Ermənistan tərəfindən minalanmış ərazilərində mülki şəxslər bu gün də həyatlarını və sağlamlıqlarını itirirlər. Dövlətimiz minalardan təmizlənmə üzrə bir çox addımlar atır, buna baxmayaraq, Ermənistanın 30 il ərzində yerləşdirdiyi minaları təmizləmək uzun bir prosesdir”.
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus Azərbaycan Prezidenti İlham Əliyevin ÜST ilə əməkdaşlığa verdiyi önəmi yüksək qiymətləndirib.
Həmçinin bu yaxınlarda təşkilatın Avropa üzrə regional direktoru Hans Henri Klügenin Azərbaycana səfərinin yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. Eyni zamanda, Azərbaycanın Qarabağ regionu haqqında ətraflı məlumata və bu bölgədə yaşayan insanların sağlamlığının qorunması sahəsində görülən işlərə görə təşəkkürünü çatdırıb.
Tedros Gebreyesus Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyini, pandemiya dövründə ölkəmizin təşkilata etdiyi humanitar yardımları, eyni zamanda, xəstəliyin aradan qaldırılması məqsədilə ölkələri birgə əməkdaşlığa səsləyən qlobal çağırışları xüsusilə yüksək qiymətləndirib. O, ÜST-nin Azərbaycan səhiyyəsində aparılan islahatları müsbət qarşıladığını və dəstəklədiyini vurğulayıb.
Sonda tərəflər arasında təşkilatın səhiyyə böhranlarına hazırlıq və cavab tədbirlərinin gücləndirilməsi, akademik fəaliyyətin genişləndirilməsi, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələlərə dair fikir mübadiləsi aparılıb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova