Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb

Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb

Nazirlər Kabineti COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtını uzadıb.
Bununla bağlı Baş nazir Əli Əsədovun imzaladığı Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.
Dəyişikliyə görə, həmin qrup tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2024-cü il yanvarın 2-dək uzadılıb.
Nazirlər Kabinetinin digər Qərarına əsasən, Bakıda koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin də əməkhaqqına əlavənin müddəti artırılıb.
Baş nazir Əli Əsədovun bununla bağlı imzaladığı Qərarla “Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Qərarda dəyişiklik edilib.
Yeni Qərara əsasən, həmin qrup tibb işçilərinin əməkhaqlarına əlavənin ödənilməsi müddəti 2024-cü il yanvarın 2-dək uzadılıb.
Qeyd edək ki, hər iki halda bu müddət oktyabrın 2-də başa çatmışdı.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova