Azərbaycan dövləti İrpendə poliklinikanın təmirini öz üzərinə götürüb

Azərbaycan dövləti İrpendə poliklinikanın təmirini öz üzərinə götürüb

Azərbaycan hökumətinin yardımı ilə SOCAR şirkəti Ukraynanın İrpen şəhərində poliklinikanı təmir edəcək. Azərbaycanlı tərəfdaşlar təmirə 60 milyon qrivna ayırırlar.
Bu barədə AZƏRTAC-a İrpen şəhərinin meri Oleksandr Markuşin məlumat verib.
Mer Oleksandr Markuşin çıxışında Azərbaycanı Ukrayna üçün dost, qardaş ölkə kimi qiymətləndirib. “Biz müharibə zamanı Azərbaycanın daimi diqqətini görmüşük. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə SOCAR-ın Ukraynadakı nümayəndəliyi Akademik Zərifə Əliyeva adına 12 saylı orta məktəbi tez bir zamanda əsaslı təmir etdi. Azərbaycan dövlətinin İrpenin bərpasına dəstəyi davam edəcək. Mən müharibə zamanı İrpenə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm”, - deyə mer əlavə edib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova