Azərbaycan səhiyyə naziri Astanada ikitərəfli görüşlər keçirib

Azərbaycan səhiyyə naziri Astanada ikitərəfli görüşlər keçirib

Azərbaycanın səhiyyə naziri Teymur Musayev Astanada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 73-cü sessiyası çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. O cümlədən, nazir ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri Klüge, Qazaxıstanın səhiyyə naziri xanım Ajar Giniyat və UNAIDS-nin Asiya-Sakit Okean, Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Dəstək Qruplarının direktoru İmonn Merfi ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən məlumat verilir ki, səmimi mühitdə keçən görüşlərdə Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı və onun Avropa Regional Komitəsi ilə qarşılıqlı fəaliyyətinin yüksək səviyyədə olduğu bildirilib. Azərbaycan Respublikası Prezidentinin ÜST ilə əməkdaşlığa böyük önəm verdiyi vurğulanıb. Həmçinin qeyd olunub ki, COVID-19 pandemiyası zamanı Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı çərçivəsində xüsusi sessiyanın çağırılması ÜST və onun Avropa Regional Komitəsi tərəfindən yüksək qiymətləndirilir.
Görüşlər zamanı eləcə də bildirilib ki, səhiyyənin rəqəmsallaşdırılması, insan kapitalı və infrastruktur sahələrində ölkəmiz ÜST ilə daha sıx əməkdaşlıqda maraqlıdır. COVID-19 infeksiyası ilə mübarizədə Azərbaycanın beynəlxalq müstəvidə göstərdiyi yardımlar və irəli sürdüyü təşəbbüslər də qeyd edilib.
Görüşlərdə səhiyyə və tibb elmi sahəsində ölkələr arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf imkanları, əczaçılıq sahəsində ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub. Səhiyyədə idarəçiliyin müasir konsepsiyalara uyğun formalaşdırılması, yerli və xarici tərəfdaşlarla əməkdaşlıqda Ümumdünya Səhiyyə Təşkilatının və onun Avropa Regional Komitəsinin dəstəyi yüksək qiymətləndirilib.
ÜST-yə üzv ölkələr və beynəlxalq təşkilatlarla səhiyyə sisteminin müasir çağırışlar əsasında qurulması, mütərəqqi idarəetmə prinsipləri, texnoloji nailiyyətlərin tətbiqi, tibb təhsilinin inkişafı, xəstəliklərin diaqnostikası, QİÇS-lə mübarizədə təcrübə mübadiləsi, habelə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi də vurğulanıb. Qeyd edilib ki, ÜST-nin Avropa Regional Komitəsi ilə qarşılıqlı əməkdaşlıq region ölkələrində əhalinin sağlamlığının qorunmasına, gələcəkdə baş verə biləcək pandemiyalara hazırlıq və digər bu kimi sahələrdə tədbirlərin həyata keçirilməsinə və mövcud potensialların səfərbər olmasına geniş imkanlar yaradıb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova