Sizin Reklam Burada!

Milli Məclisin Səhiyyə komitəsi yaz sessiyasının iş planını müzakirə edib

Milli Məclisin Səhiyyə komitəsinin 2023-cü ilin yaz sessiyasında ilk iclası keçirilib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, komitənin sədri Əhliman Əmiraslanov yaz sessiyasının başlaması münasibətilə deputatları təbrik edib, onlara uğurlu fəaliyyət arzulayıb. Komitə sədri bildirib ki, iclasın gündəliyinə 7 məsələ, o cümlədən 2022-ci il payız sessiyası dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabat, komitənin 2023-cü ilin yaz sessiyası üçün

31-01-2023, 12:25

Bakıda COVID-19 xəstələrinə yardım edən həkimlərin maaşına əlavənin müddəti uzadılıb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Bakıda koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin əməkhaqqına əlavənin müddətinin uzadılması ilə bağlı Qərar imzalayıb. Bu sənədə əsasən, “Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Qərarda dəyişiklik edilib.

31-01-2023, 12:15

“Milli Məclis” jurnalında səhiyyə naziri Teymur Musayevlə müsahibə

Azərbaycanda dövlətin ən vacib məqsədlərindən biri insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrların hazırlanmasıdır. Bu sahədə problemlərin həlli yolu səhiyyənin qanunvericilik bazasının möhkəmləndirilməsindən keçir. Azərbaycan parlamentinin “Milli Məclis” analitik informasiya jurnalının son nömrəsində səhiyyə naziri Teymur Musayevlə bu barədə söhbət dərc olunub. Müsahibəni oxucularımıza təqdim edirik. - Bu gün Azərbaycan beynəlxalq

31-01-2023, 11:51

İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-21.1-1-ci maddəsinə uyğun olaraq qərara alıram: 1. İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsinin gəlirləri 2 393 243 970,0 manat, xərcləri 2 393 243 970,0 manat məbləğində təsdiq edilsin. 2. Müəyyən edilsin ki, 2023-cü ildə icbari tibbi sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır: 4. “Tibbi Ərazi Bölmələrini

31-01-2023, 11:41

Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasının monitorinqi aparılacaq

Nazirlər Kabineti “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin monitorinqi, eləcə də bu Dövlət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamının icrasının təmin edilməsi ilə əlaqədar qərar qəbul edib. Azərbaycanın Baş naziri Əli Əsədov bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda İqtisadi İslahatların

31-01-2023, 11:35

Ölümün qeydə alınması qaydasının pozulmasına görə cərimələr tətbiq olunacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin qəbul etdiyi “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun imzalayıb. Sənədə əsasən, Məcəlləyə aşağıdakı məzmunda 562-1-ci maddə əlavə edilib: “Maddə 562-1. Ölümün qeydə alınması qaydasının pozulması 562-1.1. Tibb müəssisəsi tərəfindən ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın

31-01-2023, 11:30

Milli standartlaşdırma sistemi üzrə Dövlət Proqramı qəbul edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sənəddə bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndləri rəhbər tutularaq, “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə

31-01-2023, 11:27

Prezident İlham Əliyev səhiyyə ilə bağlı bir sıra qanun və fərmanlar imzalamışdır

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında Beynəlxalq tibbi sanitariya qaydalarının (2005-ci il) tətbiqi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. 2022-ci il noyabrın 17-də Bakı şəhərində

31-01-2023, 11:18

“Tibbi sığorta haqqında” Qanuna dəyişikliklər edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Tibbi sığorta haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Qanun imzalayıb. Sənəddə qeyd olunur ki, Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci, 11-ci, 15-ci, 20-ci və 27-ci bəndlərini rəhbər tutaraq,

31-01-2023, 11:14

“Nə qədər çox yardım etsəniz, bir o qədər çox əldə edəcəksiniz”

Prezident İlham Əliyev Davosda Çin televiziya kanalına müsahibə verib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunda iştirak edərkən Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib. Söhbət zamanı dövlət başçısı səhiyyə ilə bağlı bəzi məqamlara da toxunub. Müxbir xatırladıb ki, Dünya İqtisadi Forumunun mövzusu “Parçalanmış dünyada əməkdaşlıq”dır: “Bu mövzunun seçilməsinin səbəbi ondan ibarətdir ki, əməkdaşlıq etmək çətindir.

31-01-2023, 11:09



Aprel 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova