Sizin Reklam Burada!

ÜST: COVID-19 hər həftə on min insanın həyatına son qoyur

COVID-19 ilə mübarizədə aşkar irəliləyişə baxmayaraq, təhlükənin tam aradan qaldırılması hələ mümkün olmayıb. Koronavirus infeksiyasının profilaktika, diaqnostika və müalicə tədbirlərinə çıxışda qeyri-bərabərlik hələ də qalmaqdadır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, hər həftə dünyada on min nəfər COVID-19 səbəbindən vəfat edir. “Bu yalnız bizə məlum olan rəqəmlərdir.

31-01-2023, 14:15

Meymunçiçəyinə 110 ölkədə 80 mindən çox yoluxma qeydə alınıb

ÜST tərəfindən adı dəyişdirilən və hazırda empoks (mpox) adlandırılan meymunçiçəyi xəstəliyinə əsasən Mərkəzi və Qərbi Afrikanın tropik yağış meşələri bölgələrində rast gəlinir. Lakin 2022-ci ildə empoksun yayılması dünyanın digər hissələrində də müşahidə olunub. AZƏRTAC bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “İctimai səhiyyə 2022-ci ildə” icmalında deyilir. May ayında ÜST bu xəstəliyin yayılmasının COVID-19 pandemiyasını xatırladacağı ilə bağlı narahatlığı aradan

31-01-2023, 13:58

Təhlükəli preparat Azərbaycana idxal edilməyib

Hindistan istehsalı olan, Özbəkistanda 18 uşağın ölümünə səbəb olmuş “Doc-1 Max” siropu Azərbaycanda qeydiyyatdan keçib, lakin ölkəyə idxal edilməyib. Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib. AEM-dən bildirildiyinə görə, Özbəkistanda keçirilən laborator tədqiqatların gedişində “Doc-1 Max” preparatının tərkibində toksik maddə olan etilenqlikol aşkarlanıb: “Etilenqlikol və dietilenqlikol əczaçılıqda mikroskopik dozalarda istifadə edilir. Onların əsas

31-01-2023, 13:51

Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin doğum gününə həsr olunmuş konfrans keçirildi

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) bu elmi-tibbi müəssisənin adını daşıdığı, onun təşəkkülündə və beynəlxalq aləmdə tanıdılmasında böyük rol oynamış şəxsin – Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətləri olan görkəmli alim və dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı, Əməkdar həkim, professor Əziz Məmmədkərim oğlu Əliyevin doğum gününə həsr olunmuş ənənəvi elmi-praktiki konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan Ə.Əliyev adına

31-01-2023, 13:42

Elmi Tədqiqat İnstitutlarına təyinatlar edilib

2023-cü il yanvarın 1-də təbabət üzrə elmi tədqiqat institutları Səhiyyə Nazirliyinin tabeliyinə keçdikdən sonra belə elmi-tibbi müəssisələrin bəzilərində rəhbər şəxslərin təyinatları olub. Belə ki, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, Şahin Əkbərov Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna (ETTOİ) direktor vəzifəsinə təyin edilib. Səhiyyə nazirinin digər əmri ilə Kamil Eyvazov ETTOİ-nin direktor müavini – baş həkim, Rüstəm Talışinski isə direktorun elmi işlər

31-01-2023, 13:38

Dünyada ilk dəfə qalxanabənzər vəzidən alınan kök hüceyrələr paratiroid vəzinin hüceyrələrinə çevrilib

Türk alimin kəşfi orqan çatışmazlığının müalicəsində yeni səhifə açıb. Belə ki, qalxanabənzər vəzidən alınan kök hüceyrələr dünyada ilk dəfə başqa bir orqanın – paratiroid vəzinin hüceyrələrinə çevrilib. AzərTAC medimagazin.com saytına istinadla bildirir ki, Türkiyənin Yeditepe Universitetinin Koşuyolu Xəstəxanasının cərrah-endokrinoloqu, professor Erhan Ayşanın rəhbərliyi ilə multidisiplinar tədqiqat qrupu tərəfindən aparılan araşdırmada sağlam qalxanabənzər vəzidən əldə edilən kök hüceyrələr

31-01-2023, 13:26

Qazilərə, müharibə iştirakçılarına və şəhid ailələri üzvlərinə psixoloji dəstək göstərilir

Naxçıvan Muxtar Respublikası ərazisində yaşayan qazilər, qazi və şəhid ailələri, eləcə də müharibə iştirakçıları üçün psixoloji dəstək aksiyasına başlanıb. Bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə həyata keçirilən aksiyada bu kateqoiyadan olan şəxsləri Bakı şəhərindən və Türkiyə

31-01-2023, 12:56

Səhiyyə Nazirliyinin rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 33 il ötdü. Bu hüzn və şücaət gününün 33-cü ildönümü ilə əlaqədar Səhiyyə Nazirliyinin rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib. Ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsi ehtiramla yad olunub. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Azadlığa gedən yolda həyatlarını qurban verən

31-01-2023, 12:49

Səhiyyə sektorunda dövlət-özəl tərəfdaşlığının inkişafı müzakirə edildi

Səhiyyə Nazirliyində Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa regionu üzrə direktoru Rana Karadşehlə görüş keçirilib. Səhiyyə naziri Teymur Musayev ötən illər ərzində bu qurumla Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazir qeyd edib ki, 2022-ci il dekabrın 27-də Prezident İlham Əliyev tərəfindən imzalanan “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu dövlət-özəl

31-01-2023, 12:47

Azərbaycanla İsveç arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycan Səhiyyə Nazirliyində İsveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzsonla görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən bildirildiyinə görə, səhiyyə naziri Teymur Musayev son illər ölkələrimiz arasında əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini vurğulayıb: “Dövlət başçılarının müntəzəm görüşləri, eyni zamanda, hökumət üzvlərinin qarşılıqlı səfərləri iki ölkə arasında müxtəlif istiqamətlərdə münasibətlərin inkişafında mühüm rol oynayır”. Teymur

31-01-2023, 12:46



Aprel 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova