Bakıda COVID-19 xəstələrinə yardım edən həkimlərin maaşına əlavənin müddəti uzadılıb

Bakıda COVID-19 xəstələrinə yardım edən həkimlərin maaşına əlavənin müddəti uzadılıb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Bakıda koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin əməkhaqqına əlavənin müddətinin uzadılması ilə bağlı Qərar imzalayıb.
Bu sənədə əsasən, “Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Qərarda dəyişiklik edilib.
Belə ki, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində koronavirus xəstələrinə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin ödənilməsi müddəti 2023-cü il martın 1-dək uzadılıb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova