Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasının monitorinqi aparılacaq

Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasının monitorinqi aparılacaq

Nazirlər Kabineti “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin monitorinqi, eləcə də bu Dövlət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamının icrasının təmin edilməsi ilə əlaqədar qərar qəbul edib.
Azərbaycanın Baş naziri Əli Əsədov bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə tapşırıq verilir ki, Proqramda nəzərdə tutulmuş tədbirlərin icrasına effektiv nəzarət etmək məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə 3 ay müddətində “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramının icrasına nəzarət və hesabatlılıq Portalı” formalaşdırsın.
Portalda Nazirlər Kabinetinin təqdimatı əsasında, Proqramda qeyd olunmuş tədbirlərlə bağlı icraçı orqanlar, iqtisadi rayonlar, şəhər və rayonlar, habelə obyektlər üzrə icra müddətləri, onların illər üzrə bölgüsü, layihələrin texniki-iqtisadi, ekspertiza və s. məlumatları və digər zəruri göstəriciləri təsnifatlandırmaqla, mövcud vəziyyət barədə informasiyaları, aidiyyəti foto və videomaterialları, habelə iri layihələrə münasibətdə birbaşa (onlayn) kamera müşahidəsini təmin edən sistemdə hesabatlılığa imkan verən müvafiq bölmələr yaradılmalıdır.
Mərkəzə tapşırılıb ki, Proqramda nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini aparsın, nəticəsi barədə məlumatları ildə iki dəfə - hər ilin mart (2024-cü ildən) və sentyabr aylarının 25-dək Nazirlər Kabinetinə təqdim etsin. Həmçinin sənəddə nəzərdə tutulmuş tədbirlərin icrasının qiymətləndirilməsi aparılmalı, nəticəsi barədə məlumatlar 2025-ci və 2027-ci illərin mart ayının 25-dək Nazirlər Kabinetinə təqdim edilməlidir.
Proqramda nəzərdə tutulmuş işlər üzrə əsas icraçı orqanlar (qurumlar) həmin bənd üzrə məlumatları ayda bir dəfə, hər ayın 5-dək Portalda yerləşdirməlidirlər.
Dövlət Proqramındakı tədbirlərin aidiyyəti üzrə icrası məqsədilə əsas icraçı qurumların rəhbərlərinin müavinlərindən ibarət məsul şəxslər təyin edilməli və bu barədə məlumat Nazirlər Kabinetinə təqdim olunmalıdır.
Əsas icraçı qurumlar icra müddəti iki il və daha artıq olan tədbirlərin nəticə indikatorları üzrə hədəf göstəriciləri müəyyən edilməklə, həmin müddətlər çərçivəsində illər üzrə bölgüsünu Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Əsas icraçılar həmçinin Proqramın həyata keçirilməsi ilə bağlı görülən işlər və nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə monitorinqin və qiymətləndirmənin aparılmasına dair məlumatları İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə ünvanlanması üçün Nazirlər Kabinetinə ildə iki dəfə hər ilin yanvar (2024-cü ildən) və iyul aylarının 25-dək təqdim etməlidirlər.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova