İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-21.1-1-ci maddəsinə uyğun olaraq qərara alıram:
1. İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsinin gəlirləri 2 393 243 970,0 manat, xərcləri 2 393 243 970,0 manat məbləğində təsdiq edilsin.
2. Müəyyən edilsin ki, 2023-cü ildə icbari tibbi sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:




4. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin xərclər smetasında nəzərdə tutulmuş məbləğlə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin (bundan sonra – Agentlik) həmin qurumlara ödədiyi sığorta ödənişlərinin məbləği arasında kəsir yarandığı halda, həmin kəsir aylıq əsaslarla icbari tibbi sığorta fondunun 2023-cü il büdcəsinin 3.1.4-cü yarımbəndinin 1-ci abzasında nəzərdə tutulan vəsait hesabına maliyyələşdirilir. Agentlik tərəfindən tibb müəssisələrinin smetaları əsasında ödənilən vəsaitin xərclənməmiş hissəsi büdcə ilinin sonunadək Agentliyə geri qaytarılır.
5. Naxçıvan Muxtar Respublikası üzrə:
5.1. icbari tibbi sığorta fondunun 2023-cü il büdcəsinin 3.1.2-ci yarımbəndinin 1-ci abzasında Naxçıvan Muxtar Respublikası üzrə nəzərdə tutulmuş vəsaiti Agentlik hər ay üçün bərabər hissələrlə növbəti ayın 10-dan gec olmayaraq “Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsə ödəyir;
5.2. icbari tibbi sığorta fondunun 2023-cü il büdcəsinin 3.1.2-ci yarımbəndinin 2-ci abzasında Naxçıvan Muxtar Respublikası üzrə nəzərdə tutulmuş vəsaiti Naxçıvan Muxtar Respublikasının ərazisində icbari tibbi sığorta haqlarının (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-10.1.1-ci maddəsində nəzərdə tutulmuş vəsait istisna olmaqla) yığımını həyata keçirən səlahiyyətli orqanlar “Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsə ödəyirlər.
6. İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsinin 3.1.6-cı yarımbəndinin 9-cu abzasında “Sair xərclər” üzrə nəzərdə tutulmuş vəsaitdən Agentliyin İdarə Heyətinin qərarı əsasında icbari tibbi sığortanın tətbiqi məqsədilə digər tədbirlərin maliyyələşdirilməsi üçün istifadə olunur.
7. İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsinin 3.3-cü bəndində “Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinin bir hissəsinin maliyyələşdirilməsi xərcləri” üzrə nəzərdə tutulmuş vəsaitin bölgüsünü Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla Agentlik həyata keçirir.
8. Bu Fərman 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2022-ci il





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova