Səhiyyə sektorunda dövlət-özəl tərəfdaşlığının inkişafı müzakirə edildi

Səhiyyə sektorunda dövlət-özəl tərəfdaşlığının inkişafı müzakirə edildi

Səhiyyə Nazirliyində Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa regionu üzrə direktoru Rana Karadşehlə görüş keçirilib.
Səhiyyə naziri Teymur Musayev ötən illər ərzində bu qurumla Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazir qeyd edib ki, 2022-ci il dekabrın 27-də Prezident İlham Əliyev tərəfindən imzalanan “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu dövlət-özəl tərəfdaşlığı sahəsində fəaliyyətin həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, eyni zamanda, dövlət və özəl tərəfdaşlar arasında yaranan münasibətləri tənzimləyir.
Nazir ölkəmizdə səhiyyə sektorunda dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi üçün geniş imkanlar olduğunu bildirib.
Beynəlxalq Maliyyə Korporasiyasının Avropa regionu üzrə direktoru Rana Karadşeh ölkəmizin 1995-ci ildən korporasiyaya üzv olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda səhiyyə sektoruna özəl investisiyaların cəlb olunması, göstərilən xidmətlərin genişləndirilməsi və keyfiyyətinin artırılması məqsədilə dövlət-özəl sektor tərəfdaşlığı sahəsində mühüm işlər görülüb.
Görüşdə tərəflər əməkdaşlığı inkişaf etdirmək barədə müzakirə aparıblar.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova