Səhiyyə Nazirliyinin rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

Səhiyyə Nazirliyinin rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 33 il ötdü.
Bu hüzn və şücaət gününün 33-cü ildönümü ilə əlaqədar Səhiyyə Nazirliyinin rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib. Ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsi ehtiramla yad olunub.
Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Eyni zamanda, 20 Yanvar Azərbaycan xalqının həyatında dönüş nöqtəsi oldu.
1990-cı ildən başlanan ağır, çətin, ancaq şərəfli yol Qarabağ Zəfəri ilə ən şanlı zirvəyə çatdı. Ermənistanın işğal etdiyi torpaqlarımız 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad olundu.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova