Dünyada ilk dəfə qalxanabənzər vəzidən alınan kök hüceyrələr paratiroid vəzinin hüceyrələrinə çevrilib

Dünyada ilk dəfə qalxanabənzər vəzidən alınan kök hüceyrələr paratiroid vəzinin hüceyrələrinə çevrilib

Türk alimin kəşfi orqan çatışmazlığının müalicəsində yeni səhifə açıb. Belə ki, qalxanabənzər vəzidən alınan kök hüceyrələr dünyada ilk dəfə başqa bir orqanın – paratiroid vəzinin hüceyrələrinə çevrilib.
AzərTAC medimagazin.com saytına istinadla bildirir ki, Türkiyənin Yeditepe Universitetinin Koşuyolu Xəstəxanasının cərrah-endokrinoloqu, professor Erhan Ayşanın rəhbərliyi ilə multidisiplinar tədqiqat qrupu tərəfindən aparılan araşdırmada sağlam qalxanabənzər vəzidən əldə edilən kök hüceyrələr müxtəlif laboratoriya proseslərindən keçərək tamamilə fərqli bir orqanın hüceyrələrinə çevrilib.
Araşdırmanın nəticəsi beynəlxalq miqyasda nüfuzlu elmi jurnalda nəşr olunub və tibbi ədəbiyyata daxil edilib.
Professor bildirib ki, bu, transplantologiya üçün vacib kəşfdir: “Eyni şəxsin qalxanabənzər vəzindən alınan kök hüceyrələrlə ediləcək transplantasiya zamanı donor tapmağa ehtiyac qalmayacaq. Bundan əlavə, əməliyyatda həmin şəxsin öz toxuması istifadə edildiyi üçün transplantasiyanın müvəffəqiyyət nisbəti artacaq, toxuma uyğunsuzluğu problemi olmayacaq".





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova