Elmi Tədqiqat İnstitutlarına təyinatlar edilib
2023-cü il yanvarın 1-də təbabət üzrə elmi tədqiqat institutları Səhiyyə Nazirliyinin tabeliyinə keçdikdən sonra belə elmi-tibbi müəssisələrin bəzilərində rəhbər şəxslərin təyinatları olub.
Belə ki, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, Şahin Əkbərov Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna (ETTOİ) direktor vəzifəsinə təyin edilib.
Səhiyyə nazirinin digər əmri ilə Kamil Eyvazov ETTOİ-nin direktor müavini – baş həkim, Rüstəm Talışinski isə direktorun elmi işlər üzrə müavini vəzifəsinə təyin olunub.
Digər təyinatlar Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Tibbi Bərpa İnstitutuna (ETTBİ) edilib.
Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrlərinə əsasən, Sədaqət Hüseynova İnstitutun direktoru, Rəhimə Məmmədova direktorun müavini – baş həkim vəzifəsinə təyin olunub.