Sizin Reklam Burada!

Daha 1940 dərman təsdiqlənmış qiymətlərlə satılacaq

Tarif (qiymət) Şurası tərəfindən qiymətləri təsdiqlənmiş daha 1940 dərman vasitəsi fevralın 25-dən etibarən yeni qiymətlərlə satılır. Bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, beləliklə, Şuranın qiymətlərini təsdiqlədiyi və yeni qiymətlərlə satışda olan dərman vasitələrinin ümumi sayı 5651-ə çatıb. Qeyd edək ki, indiyədək qiyməti təsdiqlənmiş dərman vasitələrinin həm tərkib üzrə, həm də ticarət adına görə ümumi siyahısı Tarif (qiymət) Şurasının rəsmi

29-02-2016, 12:17

Neonatal reanimasiya üzrə təlimlər keçirilir

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ana və uşaqların sağlamlığının qorunması məqsədilə Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasında və Astara Rayon Mərkəzi Xəstəxanasında neonatal reanimasiya üzrə təlimlər təşkil edib. Səhiyyə Nazirliyinin Tədbirlər Planına müvafiq olaraq keçirilən treninqlərdə həkimlər, mamalar və tibb bacıları iştirak ediblər. “Xoş gəldin, körpə!” layihəsi çərçivəsində baş tutan təlimlər türkiyəli mütəxəssislər və İSİM-in əməkdaşı N.Mahmudova

29-02-2016, 12:10

Qanunvericiliyə sertifikasiya ilə bağlı dəyişikliklər edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin qəbul etdiyi “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik olunması barədə yeni Qanun imzalayıb. Sənədə əsasən, Qanunun 49-1-ci maddəsinin ikinci hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib: “Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə (işçilərə) onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların

29-02-2016, 12:03

Sertifikasiya imtahanları uğurla icra olunur

Praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi uğurla davam etdirilir. Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, ölkə başçısının 21 dekabr 2009-cu il tarixli Fərmanı və Nazirlər Kabinetinin 8 iyun 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nı rəhbər tutaraq, 2015-ci ildə ümumilikdə 11 607 şəxsi əhatə etmiş

29-02-2016, 12:01

Milli Məclisin Səhiyyə komitəsinin tərkibi dəyişdi

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə parlamentin komitələrinə yeni üzvlər seçilib. Qanunverici orqanın daxili nizamnaməsinə bu yaxınlarda edilən dəyişikliyə əsasən, bir deputat eyni zamanda iki komitənin üzvü ola bilər. Buna görə də bir komitədə təmsil olunan deputatlar digər komitələrin də işində iştirak üçün müraciət ediblər. Milli Məclisin Sədri Oqtay Əsədovun imzaladığı 1 fevral 2016-cı il tarixli yeni Qərara əsasən, deputatlar Kamilə Əliyeva, İlham Məmmədov, Qənirə Paşayeva

29-02-2016, 11:59

İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı təsdiq edildi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı” qəbul olunub. Azərbaycanda İİV infeksiyasının yayılma səviyyəsinin aşağı salınması, İİV-lə yaşayan insanların ömrünün uzadılması və həyat keyfiyyətinin yaxşılaşdırılması məqsədi daşıyan Tədbirlər Proqramının həyata keçirilməsi nəticəsində əhali, ilk növbədə İİV-ə yoluxmaya yüksək riskli qruplar arasında infeksiyanın yayılma səviyyəsinin aşağı salınması; virusun anadan

29-02-2016, 11:55

Vərəmlə mübarizə üzrə yeni Tədbirlər Proqramı qəbul olundu

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı” təsdiq edilib. Yeni proqramın məqsədi Azərbaycanda vərəm xəstəliyinin yayılma səviyyəsinin aşağı salınması, bu xəstəliklə bağlı əlilliyin və ölüm hallarının azaldılmasıdır. Proqramın vəzifələri vərəm xəstəliyinin profilaktikasının, erkən diaqnostikasının və müalicəsinin yaxşılaşdırılması, vərəm əleyhinə müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, xəstələrin

29-02-2016, 11:53

Azərbaycanla İran səhiyyə və tibb elmi üzrə əməkdaşlıq edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində iki ölkə arasında sənədlərin imzalanması mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin iştirakı ilə keçirilən mərasimdə 11 sənəd, o cümlədən müxtəlif sahələrdə əməkdaşlıq haqqında sazişlər, çərçivə sazişləri və memorandumlar imzalanıb. Sənədlərdən biri də “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İran İslam Respublikasının Səhiyyə və Tibbi

29-02-2016, 11:50

Azərbaycan Təbabəti Muzeyi – 30

Muzeylər hər bir xalqın elminin, mədəniyyətinin, tarixinin müqəddəs ocağı, saxlanc yeridir. Keçmişinə hörmət edən, onu sevən, ən adi eksponatını belə muzeylərində qoruyan, onunla fəxr edən millət ölməzdir. Azərbaycan Təbabəti Muzeyi Respublika Səhiyyə Nazirliyinin (nazir Tələt Qasımov) 2 iyul 1984-cü il tarixli əmri ilə, ölkəmizin təbabət irsini qorumaq, gələcək nəsillərə çatdırmaq məqsədilə yaradılıb və 29 yanvar 1986-cı ildən rəsmi şəkildə fəaliyyət göstərir. Muzeyin tarixi və memarlıq

29-02-2016, 11:46

Rafiq Əliyev: “Bu gün qeyri-səlis texnologiyasız təbabəti inkişaf etdirmək olmaz”

Budəfəki həmsöhbətimiz Azərbaycan və dünya elminin görkəmli nümayəndəsi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, “Elmdə Ömürlük Nailiyyət” mükafatına (ABŞ) layiq görülmüş alim, ümumi qərarqəbuletmə nəzəriyyəsi ilə dünya elminə yenilik gətirən tədqiqatçı, informatika və idarəetmə, “soft computing”, süni intellekt və qeyri-səlis məntiqə həsr olunmuş 70-ə yaxın kitabın müəllifi, texnika elmləri doktoru, professor Rafiq Əliyevdir. Qeyd edək ki, dəyərli müəllim, parlaq şəxsiyyət

29-02-2016, 11:37



Aprel 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova