Daha 1940 dərman təsdiqlənmış qiymətlərlə satılacaq

Daha 1940 dərman təsdiqlənmış qiymətlərlə satılacaq

Tarif (qiymət) Şurası tərəfindən qiymətləri təsdiqlənmiş daha 1940 dərman vasitəsi fevralın 25-dən etibarən yeni qiymətlərlə satılır.
Bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, beləliklə, Şuranın qiymətlərini təsdiqlədiyi və yeni qiymətlərlə satışda olan dərman vasitələrinin ümumi sayı 5651-ə çatıb.
Qeyd edək ki, indiyədək qiyməti təsdiqlənmiş dərman vasitələrinin həm tərkib üzrə, həm də ticarət adına görə ümumi siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsində (www.tariff.gov.az) yerləşdirilib. Siyahı saytda "pdf" formatında yerləşdirilib ki, bu da həmin cədvəli mobil telefonlara və planşetlərə yükləməyə və elektron kitabça kimi istifadə etməyə imkan yaradır.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova