Qanunvericiliyə sertifikasiya ilə bağlı dəyişikliklər edildi

Qanunvericiliyə sertifikasiya ilə bağlı dəyişikliklər edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin qəbul etdiyi “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik olunması barədə yeni Qanun imzalayıb. Sənədə əsasən, Qanunun 49-1-ci maddəsinin ikinci hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:
“Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə (işçilərə) onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.”.
Milli Məclisin qəbul etdiyi və dövlət başçısının imzaladığı digər bir Qanuna əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində də müvafiq dəyişiklik olunub. Belə ki, Məcəllənin 67-1-ci maddəsinin 1-ci hissəsinə analoji əlavə edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həm “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda, həm də Əmək Məcəlləsində dəyişikliklərlə bağlı olaraq, onların tətbiqi haqqında Sərəncamlar da imzalayıb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova