Neonatal reanimasiya üzrə təlimlər keçirilir

Neonatal reanimasiya üzrə təlimlər keçirilir

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ana və uşaqların sağlamlığının qorunması məqsədilə Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasında və Astara Rayon Mərkəzi Xəstəxanasında neonatal reanimasiya üzrə təlimlər təşkil edib. Səhiyyə Nazirliyinin Tədbirlər Planına müvafiq olaraq keçirilən treninqlərdə həkimlər, mamalar və tibb bacıları iştirak ediblər. “Xoş gəldin, körpə!” layihəsi çərçivəsində baş tutan təlimlər türkiyəli mütəxəssislər və İSİM-in əməkdaşı N.Mahmudova tərəfindən aparılıb.
İSİM-dən verilən məlumata görə, həmin layihə çərçivəsində 2014-2015-ci illərdə Bakıda, Balakən, Qəbələ, Şəmkir və Ağcabədi rayonlarında, Naxçıvan Muxtar Respublikasında təşkil olunan təlim proqramlarına 465 səhiyyə işçisi, o cümlədən 190 həkim, 275 mama və tibb bacısı cəlb edilib. Təlimlərlə yanaşı, əhali arasında genişmiqyaslı maarifləndirmə də işləri aparılıb.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova