Vərəmlə mübarizə üzrə yeni Tədbirlər Proqramı qəbul olundu

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı” təsdiq edilib.
Yeni proqramın məqsədi Azərbaycanda vərəm xəstəliyinin yayılma səviyyəsinin aşağı salınması, bu xəstəliklə bağlı əlilliyin və ölüm hallarının azaldılmasıdır. Proqramın vəzifələri vərəm xəstəliyinin profilaktikasının, erkən diaqnostikasının və müalicəsinin yaxşılaşdırılması, vərəm əleyhinə müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, xəstələrin müvafiq preparatlarla davamlı təminatı, bu xidmətin kadr potensialının gücləndirilməsi, əhalinin vərəmlə mübarizə sahəsində maarifləndirilməsidir.
Tədbirlər Proqramının həyata keçirilməsi sayəsində xəstəlik hallarını erkən aşkarlamaq, xəstələri vaxtında müalicəyə cəlb etməklə sağalma səviyyəsini yüksəltmək, tibb müəssisələrində epidemiya əleyhinə tədbirləri gücləndirməklə xəstəxanadaxili yoluxmaların qarşısını almaq, vərəmli xəstələrin qeydiyyatını yaxşılaşdırılmaq nəzərdə tutulur.
Xəbəri paylaş