Milli Məclisin Səhiyyə komitəsinin tərkibi dəyişdi

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə parlamentin komitələrinə yeni üzvlər seçilib.
Qanunverici orqanın daxili nizamnaməsinə bu yaxınlarda edilən dəyişikliyə əsasən, bir deputat eyni zamanda iki komitənin üzvü ola bilər. Buna görə də bir komitədə təmsil olunan deputatlar digər komitələrin də işində iştirak üçün müraciət ediblər.
Milli Məclisin Sədri Oqtay Əsədovun imzaladığı 1 fevral 2016-cı il tarixli yeni Qərara əsasən, deputatlar Kamilə Əliyeva, İlham Məmmədov, Qənirə Paşayeva və Sədaqət Vəliyeva Səhiyyə komitəsində də fəaliyyət göstərəcəklər.
Xatırladaq ki, dekabr ayında millət vəkilləri Əhliman Əmiraslanov komitənin sədri, Musa Quliyev sədr müavini, Məlahət İbrahimqızı, Kamaləddin Qafarov, Rəşad Mahmudov və Rafiq Məmmədhəsənov isə onun üzvləri seçilmişdilər.
Xəbəri paylaş