Respublika Talassemiya Mərkəzində ilin yekunlarına dair tədbir keçirildi
Bu il Respublika Talassemiya Mərkəzində (RTM) 276 nəfər dispanser qeydiyyatına götürülüb. İl ərzində 17 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı uğurla icra olunub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu rəqəmlər RTM-də keçirilən, ilin yekunlarına dair hesabat tədbirində səsləndirilib. Toplantıda qeyd edilib ki, talassemiya xəstəliyi geniş yayılmış problemlərdən olduğuna görə, bu xəstəlikdən əziyyət çəkənlər daim dövlətimizin diqqət mərkəzindədir. Son30-12-2016, 11:48




