Doğuşayardım xidməti diqqətdə saxlanılır

Doğuşayardım xidməti diqqətdə saxlanılır

Bakı şəhər Baş Səhiyyə İdarəsinin (BBSİ) “Hamiləlik, doğuş və zahılıq dövrlərində ölümlə nəticələnməyən mamalıq ağırlaşmaları hallarının təhlili üzrə işçi qrupu”nun toplantısı keçirilib.
İclasda stasionar doğuşayardım müəssisələrində, eləcə də antenatal xidmət göstərən tibb müəssisələrinə müraciət edən qadınlarda baş vermiş mamalıq ağırlaşmaları, müraciətdən sonrakı günlərdə ağırlaşma halları müzakirə olunub. Eyni zamanda, mamalıq və ekstragenital patologiyası olan hamilə, doğan və zahı qadınlar haqqında əvvəlcədən toplanmış məlumatlar təhlil edilib.
Toplantıda həmçinin Bakı şəhərində doğuşayardım xidməti göstərən tibb müəssisələrində hamiləlik, doğuş və zahılıq ağırlaşmalarının qarşısının alınması məqsədi ilə keçirilmiş monitorinqin nəticələri müzakirə olunub və onların əsasında təkliflər irəli sürülüb.
Qeyd edək ki, “Hamiləlik, doğuş və zahılıq dövrlərində ölümlə nəticələnməyən mamalıq ağırlaşmaları hallarının təhlili üzrə işçi qrup” Səhiyyə Nazirliyinin “Doğuşayardım xidmətinin təkmilləşdirilməsi barədə” əmrinin icrası çərçivəsində, BBSİ-nin 5 aprel 2016-cı il tarixli əmri ilə yaradılıb.







Dekabr 2024

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova