Dərman qiymətlərinin tənzimlənməsində dəyişiklik edilib

Dərman qiymətlərinin tənzimlənməsində dəyişiklik edilib

Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası"nın 3.1 bəndinin ikinci cümləsində “qiymət bəyannaməsi verilən tarixə ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytındakı məzənnəsi” sözləri “Şura tərəfindən istinad üçün müəyyən edilən tarixə milli valyutanın ABŞ dollarına olan rəsmi məzənnəsi, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsbit edilən satiş məzənnəsi üçün yuxarı hədd” sözləri ilə əvəz edilib.
AZƏRTAC-ın verdiyi xəbərə görə, bu, həmin Qaydalarda dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 2016-cı il 20 dekabr tarixli qərarında əks olunub.
Yeni qərara əsasən, “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası"nın 3.5-ci bəndinə “Vergi ödəyicisinin sadələşdirilimiş vergi ödəyicisi və ya ƏDV ödəyicisi olmasından asılı olmayaraq, dərman vasitələrinin topdan və pərakəndə satışı həmin qiymətlərlə həyat keçirilir” cümləsi əlavə edilib. Bundan başqa, 5.5-ci bənddən “və bu hal 2 (iki) aydan artıq müddətdə davam etdikdə” sözləri çıxarılıb, eyni zamanda, 5.8-ci bəndə “habelə dövlət büdcəsindən maliyyələşdirilməyən tibb müəssisələri tərəfindən dərman vasitələri satın alınarkən” sözləri əlavə edilib.
Digər bir dəyişiklik isə 7.2-ci bəndə əlavə edilən qeyddir. Qeyddə bildirilir ki, bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbulu qaydası haqqında Əsasnaməsi”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova