Respublika Talassemiya Mərkəzində ilin yekunlarına dair tədbir keçirildi

Respublika Talassemiya Mərkəzində ilin yekunlarına dair tədbir keçirildi

Bu il Respublika Talassemiya Mərkəzində (RTM) 276 nəfər dispanser qeydiyyatına götürülüb. İl ərzində 17 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı uğurla icra olunub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu rəqəmlər RTM-də keçirilən, ilin yekunlarına dair hesabat tədbirində səsləndirilib.
Toplantıda qeyd edilib ki, talassemiya xəstəliyi geniş yayılmış problemlərdən olduğuna görə, bu xəstəlikdən əziyyət çəkənlər daim dövlətimizin diqqət mərkəzindədir. Son illərdə Azərbaycan səhiyyəsinin inkişafı ölkəmizdə talassemiya xəstəliyinin müalicə və profilaktikası sahəsində əldə edilən uğurlarda bariz şəkildə təzahür olunur.
Vurğulanıb ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa edilmiş Respublika Talassemiya Mərkəzində belə xəstələrə lazımi müayinə və müalicə yüksək səviyyədə aparılır.
“2016-2020-ci illər üçün talassemiya xəstəliyinin müalicə və profilaktikası üzrə Tədbirlər Planı”nda müalicə tədbirləri ilə yanaşı, talassemiyanın profilaktikasına, əhalinin bu istiqamətdə maarifləndirilməsinə, həmçinin perinatal diaqnostika müayinə üsulu ilə dölün sağlamlığının yoxlanılmasına böyük diqqət verilir.
Hazırda Mərkəzdə dispanser qeydiyyatında olan 2862 xəstə müvafiq müalicə alır və dərman preparatları ilə təmin edilir. Bu il ərzində RTM-ə 21 009 müraciət olunub, o cümlədən 2 749 nəfər ilk dəfə müraciət edib. İlkin müraciət edənlərdən 276 nəfəri dispanser qeydiyyatına götürülüb. Mərkəzin gündüz stasionarında dispanser qeydiyyatında olan xəstələrdən 976 nəfərinə mütəmadi olaraq eritrositar kütlə köçürülür. Hematologiya şöbəsində il ərzində 489 xəstə stasionar müalicə alıb.
2014-cü ildən fəaliyyətə başlayan Sümük iliyi transplantasiyası şöbəsində 2016-cı ildə 17 xəstəyə ilik köçürülməsi əməliyyatı uğurla həyata keçirilib. Ümumilikdə, 2014-cü ildən indiyədək 42 xəstəyə sümük iliyi transplantasiya olunub. Cari ilin aprel ayında Avropa Sümük İliyi Transplantasiyası Birliyinin (EBMT) Valensiya şəhərində keçirilən iclasında Respublika Talassemiya Mərkəzi bu beynəlxalq təşkilata üzv seçilib.
Mərkəzin Ümumi laboratoriyasında il ərzində 17 500 nəfər proqram çərçivəsində müayinələrdən keçib. Bundan əlavə, 217 nəfərdə HLA uyğunluq müayinəsi aparılıb.
2015-ci ilin iyun ayından etibarən ailə həyatı quran cütlüklərin nikahdan öncə müayinəsi talassemiya daşıyıcılarının aşkarlanmasında mühüm rol oynayıb. Belə ki, aparılan bu müayinələrin məqsədi sağlam uşaqların dünyaya gəlməsidir. 2016-cı il ərzində 134 656 nəfər müayinədən keçib, onlardan 4 358 nəfərdə daşıyıcılıq aşkarlanıb. 32 cütlükdə hər iki nəfərdə daşıyıcılıq qeydə alınıb ki, həmin şəxslərə müvafiq məsləhətlər verilib.
Respublika Talassemiya Mərkəzi “2016-2020-ci illər üçün talassemiya xəstəliyinin müalicəsi və profilaktikası üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan digər məsələlərin də uğurla həyata keçirilməsi yönündə işlər aparmaqdadır.







Dekabr 2024

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova