“Elektron Səhiyyə” portalında onlayn konsultasiya xidməti göstərilir

“Elektron Səhiyyə” portalında onlayn konsultasiya xidməti göstərilir

Səhiyyə Nazirliyində “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar cari ildə nazirlik tərəfindən “Elektron Səhiyyə” xidmətləri üzrə görülmüş işlərlə bağlı tədbir keçirilib.
Toplantıda qeyd olunub ki, bu il ərzində elektron xidmətlər üzrə bir sıra işlər görülüb. Belə ki, “Mərkəzləşmiş işə qəbul” elektron xidmətinin proqram təminatı yeni qaydalara uyğun olaraq təzədən hazırlanıb və tətbiq edilib, sertifikasiya şəhadətnaməsinin gücləndirilmiş elektron imza ilə imzalanması və ərizəçiyə elektron formada göndərilməsi təmin edilib.
Yeni elektron xidmət olan “Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna elektron qeydiyyat”ın proqram təminatı hazırlanaraq tətbiq edilib.
Hazırda “Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçmiş tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətin və sənədlərin qəbulu” elektron xidmətinin proqram təminatının təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Elektron xidmətin yeni versiyada istifadəyə verilməsi 2016-cı ilin sonuna nəzərdə tutulub.
“Elektron xidmət növlərinin Siyahısı”nda göstərilmiş 38 elektron xidmətdən 35-i Səhiyyə Nazirliyi tərəfindən elektronlaşdırılıb. Bu xidmətlərin 33-ü “Elektron hökumət” portalına inteqrasiya edilib. Digər iki xidmətin inteqrasiya olunması istiqamətində işlər aparılır.
Bu il ərzində bir sıra elektron xidmətlərin təşkili zamanı tələb olunan sənədlərin sayı azaldılıb. İndi bəzi elektron xidmətlərdən istifadə üçün artıq tərcümeyi-hal, sertifikasiya şəhadətnaməsinin surəti, sağlamlıq haqqında arayış və s. kimi sənədlər tələb olunmur. Hüquqi şəxs və əmək kitabçası barədə məlumatların əldə edilməsi, müvafiq olaraq bu barədə sənədlərin tələb olunan sənədlərin siyahısından ixtisar edilməsi məqsədilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təklif məktubu göndərilib.
Hazırda “Elektron Səhiyyə” rəsmi Facebook səhifəsi mövcuddur və aktiv fəaliyyətdədir. Bundan əlavə, “Elektron Səhiyyə” portalında onlayn konsultasiya xidməti yaradılıb. Bu xidmət vasitəsilə vətəndaşların elektron səhiyyə barədə bütün sualları real vaxt rejimində cavablandırılır.
Səhiyyə Nazirliyinin rəsmi internet saytının və “Elektron Səhiyyə” portalının mobil versiyalarının hazırlanması 2017-ci ilə nəzərdə tutulub.







Dekabr 2024

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova