1950-ci ildən başlayaraq, hər il aprelin 7-si – 1948-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının yaradıldığı gün Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. O vaxtdan bəri dünyanın 194 ölkəsi, o cümlədən Azərbaycan təşkilata üzv qəbul olunub. Ümumdünya Sağlamlıq Günü diqqəti əsas ictimai səhiyyə məsələlərinə yönəltmək üçün qlobal bir imkandır. Həmin gün bütün dünyada dövlət və qeyri-hökumət qurumları tərəfindən xüsusi tədbirlər keçirilir, eləcə də siyasətçilər və digər tərəfdaşlar arasında
Səhiyyə Nazirliyində Çin Xalq Respublikası (ÇXR) tərəfindən Azərbaycan Respublikasına təmənnasız olaraq COVID-19 infeksiyası əleyhinə peyvəndin təqdim edilməsi ilə bağlı təhvil-təslim Aktının imzalanma mərasimi keçirilib. Tədbirdə səhiyyə nazirinin müavini Viktor Qasımov, Xarici İşlər Nazirliyinin (XİN) Dövlət protokolu idarəsinin rəisi Ramil Rzayev və Çin Xalq Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min çıxış ediblər. Tədbiri açan səhiyyə nazirinin
XX əsri ölkəmizdə əczaçılığın inkişafında intibah dövrü hesab etmək olar. Çünki bu yüzillikdə Azərbaycanda bu sahədə əhəmiyyətinə görə bənzəri olmayan hadisə baş verib - əczaçılıq üzrə ali təhsilin bünövrəsi qoyulub və artıq 80 ildən çoxdur ki, uğurla fəaliyyət göstərir. Bunu Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli “Əczaçılığın müasir problemləri” mövzusunda V Beynəlxalq Elmi Konqresin açılış mərasimindəki çıxışı zamanı deyib. Rektor xatırladıb ki, məhz
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində xroniki və uzunmüddətli xəstəliklərlə mübarizə aparan insanlara qarşı bərabərsizliyin aradan qaldırılmasına dair hesabat müzakirə olunub. Hesabatın onlayn müzakirələrində iştirak edən Milli Məclisin deputatı Könül Nurullayeva xroniki və uzunmüddətli xəstəliklərdən əziyyət çəkən insanların əksər hallarda ictimai qınağa məruz qalmasından danışıb. Deputat bu problemi həll etmək üçün sektorlar və qitələr arasında
Hər il aprelin 17-si Ümumdünya Səhiyyə Təşkilatının və Ümumdünya Hemofiliya Federasiyasının təşəbbüsü ilə Ümumdünya Hemofiliya Günü kimi qeyd edilir. Həmin tarix Ümümdünya Hemofiliya Federasiyasını yaratmış Frenk Şnaybelin doğum günüdür. Ümumdünya Hemofiliya Gününün təsis edilməsinin və qeyd olunmasının məqsədi qanın laxtalanması prosesinin pozulması ilə əlaqədar irsi xəstəlik olan hemofiliyadan əziyyət çəkənlərin hər gün üzləşdiyi problemlərə dünya ictimaiyyətinin, siyasətçilərin və səhiyyə
Ordubad Rayon Uşaq Xəstəxanasının (RUX) istifadəyə verilməsi münasibətlə tədbir keçirilib. Mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iştirak edib. Ordubad RUX-nın baş həkimi Dürdanə Quliyeva deyib ki, xəstəxana müasir tələblər səviyyəsində qurulub, uşaqların müayinə və müalicəsi üçün hərtərəfli şərait yaradılıb. Görülən işlər Ordubad rayonunda uşaqların keyfiyyətli tibbi xidmətlə əhatə olunmasına imkan verəcək. Kollektiv adından minnətdarlıq bildirən baş həkim
Azərbaycanda “İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə Səhiyyə Nazirliyinin əmri imzalanıb. Sənəd Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə 2006-cı ildən etibarən ÜST-nin Avropa regionunda keçirilən “İmmunlaşdırma həftəsi” kampaniyasının ölkəmizdə də yüksək səviyyədə təşkili məqsədini daşıyır. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Əmrdə aprelin 26-dan mayın 2-dək Azərbaycanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin təşkili Səhiyyə
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Rusiya Federasiyasının istehsalı olan “Sputnik V” peyvəndini ölkəmizdə istifadə üçün təsdiq edib. Bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib. Bu peyvənd artıq 50-dən çox ölkədə qeydiyyata alınıb və COVID-19 infeksiyasına qarşı müvəffəqiyyətlə istifadə olunmaqla yüksək effektivlik göstərir. Rusiyada 6 milyondan çox insan “Sputnik V” vaksini ilə peyvənd olunub. Yaxın zamanda bu peyvəndin ölkəmizə gətirilməsi barədə danışıqlar aparılır.
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasında Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyətinə dair hesabatı dinlənilib. İclası açan Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, 2020-ci il ölkəmizin dövlətçilik və müstəqillik tarixinin ən şərəfli səhifələrindəndir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xalqımızın apardığı Vətən müharibəsi Zəfərlə başa çatıb. Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın işğaldan
Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində təşkilatın Əlaqələndirmə Bürosu bütün ölkələrin COVID-19 peyvəndinə əlverişli şərtlərlə, zamanında, bərabər və universal çıxışının təmin olunması barədə kommünike sənədini yekdilliklə qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən bildirilib ki, sənəddə Qoşulmama Hərəkatına üzv ölkələr beynəlxalq gündəmin ən vacib məsələlərindən olan COVID-19 peyvəndinə dövlətlərin bərabər və ədalətli çıxışının təmin