Səhiyyə Nazirliyi ölkəmizdə daha bir peyvəndin istifadəsinə icazə verdi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Rusiya Federasiyasının istehsalı olan “Sputnik V” peyvəndini ölkəmizdə istifadə üçün təsdiq edib.
Bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.
Bu peyvənd artıq 50-dən çox ölkədə qeydiyyata alınıb və COVID-19 infeksiyasına qarşı müvəffəqiyyətlə istifadə olunmaqla yüksək effektivlik göstərir. Rusiyada 6 milyondan çox insan “Sputnik V” vaksini ilə peyvənd olunub.
Yaxın zamanda bu peyvəndin ölkəmizə gətirilməsi barədə danışıqlar aparılır.
Xəbəri paylaş