Çinin Azərbaycana təmənnasız verdiyi COVID-19 peyvəndinə dair təhvil-təslim Aktı imzalanıb

Çinin Azərbaycana təmənnasız verdiyi COVID-19 peyvəndinə dair təhvil-təslim Aktı imzalanıb

Səhiyyə Nazirliyində Çin Xalq Respublikası (ÇXR) tərəfindən Azərbaycan Respublikasına təmənnasız olaraq COVID-19 infeksiyası əleyhinə peyvəndin təqdim edilməsi ilə bağlı təhvil-təslim Aktının imzalanma mərasimi keçirilib.
Tədbirdə səhiyyə nazirinin müavini Viktor Qasımov, Xarici İşlər Nazirliyinin (XİN) Dövlət protokolu idarəsinin rəisi Ramil Rzayev və Çin Xalq Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min çıxış ediblər.
Tədbiri açan səhiyyə nazirinin müavini Viktor Qasımov ölkəmizə gətirilən vaksinlərə görə Çin tərəfinin nümayəndələrinə minnətdarlığını bildirib. Çin Xalq Respublikasının etibarlı tərəfdaş olduğunu qeyd edən nazir müavini COVID-19 ilə mübarizə sahəsində əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini məmnunluqla vurğulayıb.
Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min çıxışında ÇXR hökuməti tərəfindən COVID-19 infeksiyası əleyhinə 150 min doz peyvəndin Azərbaycana təmənnasız təqdim edilməsinə həsr olunmuş təhvil-təslim mərasiminin təşkilinə görə Azərbaycan tərəfinə səmimi təşəkkürünü ifadə edib.
Səfir epidemiya ilə mübarizədə Çin və Azərbaycanın ikitərəfli və çoxtərəfli səviyyədə qarşılıqlı olaraq bir-birilərini yaxından dəstəklədiklərini, əməkdaşlıq etdiklərini və çətin vaxtlarda bir-birlərinə kömək göstərdiklərini, epidemiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın təşviqinə, dünyada təhlükəsizliyin qorunmasına və maraqların inkişafına mühüm töhfələr verdiklərini vurğulayıb.
Səfir Qo Min Çinlə Azərbaycan arasında etibarlı dostluq və tərəfdaş münasibətlərin mövcud olduğunu, bu münasibətlərin daha da dərinləşdirilməsinə hazır olduqlarını qeyd edib.
XİN-in Dövlət protokolu idarəsinin rəisi Ramil Rzayev çıxışında Çin hökuməti tərəfindən COVID-19 infeksiyası əleyhinə peyvəndin təmənnasız olaraq Azərbaycana təqdim edilməsinə görə təşəkkürünü bildirib. O, Azərbaycan və Çin xalqlarının dostluq və əməkdaşlıq ənənələrinə sadiq qalaraq mövcud vəziyyətdə bir-biriləri ilə həmrəylik nümayiş etdirdiyini deyib, ölkələrimiz arasında qarşılıqlı anlaşma və etimada əsaslanan siyasi dialoqun bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib.
Sonda Azərbaycanın səhiyyə nazirinin müavini Viktor Qasımov və Çinin səfiri Qo Min “Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına COVID-19 pandemiyası əleyhinə peyvəndlərin təqdim edilməsinə dair təhvil-təslim Aktları”nı imzalayıblar.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova