Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində COVID-19 peyvəndinə bərabər çıxışa dair sənəd qəbul olunub

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində COVID-19 peyvəndinə bərabər çıxışa dair sənəd qəbul olunub

Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində təşkilatın Əlaqələndirmə Bürosu bütün ölkələrin COVID-19 peyvəndinə əlverişli şərtlərlə, zamanında, bərabər və universal çıxışının təmin olunması barədə kommünike sənədini yekdilliklə qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən bildirilib ki, sənəddə Qoşulmama Hərəkatına üzv ölkələr beynəlxalq gündəmin ən vacib məsələlərindən olan COVID-19 peyvəndinə dövlətlərin bərabər və ədalətli çıxışının təmin edilməsi məsələsinə, bu xüsusda inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasındakı qeyri-bərabərliyə diqqət yönəldiblər.
Qoşulmama Hərəkatının üzvləri COVID-19-un sürətlə yayılmasının davam etməsi ilə bağlı dünyada dövlətlər arasında qeyri-bərabərliyin dərinləşməsindən, yoxsulluğun artmasından ciddi narahatlıqlarını ifadə edərək, pandemiyanın təsirlərini cavablandırmaq üçün qlobal səylərin gücləndirilməsində təşkilatın oynadığı önəmli rolu vurğulayıblar.
COVID-19-a cavab olaraq Qoşulmama Hərəkatının Kontakt Qrupunun yaradılması və 2020-ci il mayın 4-də Zirvə görüşünün keçirilməsi, habelə sammitin qərarı əsasında üzv ölkələrin tibbi və humanitar ehtiyaclarına dair məlumat bazasının yaradılması və təşkilatın təşəbbüsü ilə BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr olunan xüsusi sessiyasının keçirilməsi qlobal təhdidlərin cavablandırılması üçün çoxtərəfliliyin gücləndirilməsinə Qoşulmama Hərəkatının dəyərli töhfəsi kimi qeyd edilib.
Büro üzvləri COVID-19 əleyhinə peyvəndlərin yüksək gəlirli və az gəlirli ölkələr arasında paylaşılmasında qeyri-bərabərliyin olmasından ciddi narahatlıq ifadə ediblər. Belə ki, peyvənd başlanılandan bütün peyvəndlərin 90 faizi yüksək və orta gəlirli ölkələrdə cəmləşib, az gəlirli ölkələr isə peyvəndə çıxış əldə etməkdə geri qalırlar. Bununla əlaqədar olaraq, Büro inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin əlverişli şərtlərlə, bərabər və ədalətli şəkildə peyvəndlə təmin olunmasına çağırıb.
Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosu həmçinin bütün beynəlxalq təşkilatları və aidiyyətli tərəfləri peyvəndlərin istehsalı, paylanması və ədalətli şəkildə qiymətləndirilməsində şəffaflığı təmin etməyə çağırıb.
Əlaqələndirmə Bürosunun kommünike sənədini qəbul etməsi hazırda dünyanın üzləşdiyi ağır pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin səylərinə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin önəmli töhfəsidir.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova