Milli Məclisin sədri Sankt-Peterburqda ÜST Avropa Regional Bürosunun direktoru ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klüqe ilə görüşüb. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirildiyinə görə, Milli Məclisin sədri Azərbaycanın ÜST ilə uğurlu əməkdaşlığından danışaraq diqqətə çatdırıb ki, 1994-cü ildən ölkəmizdə fəaliyyət göstərən ÜST ilə əlaqələr müxtəlif istiqamətlərdə davam edir. Spiker görüşdə Azərbaycanda COVID-19

30-11-2021, 11:29

Azərbaycan COVID-19 əleyhinə “TURKOVAC” vaksininin klinik sınaq mərhələsində iştirak edə bilər

Türkiyənin diplomatik müraciəti əsasında Azərbaycan səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Türkiyə Səhiyyə İnstitutunun və Vaksin İnstitutunun direktorları ilə görüşüb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə qardaş ölkənin nümayəndələri Türkiyədə COVID-19-a qarşı hazırlanmış inaktiv “TURKOVAC” peyvəndinin 3-cü faza kilinik sınaqlarının aparılmasına Azərbaycanın da qoşulmasını təklif ediblər. Səhiyyə

30-11-2021, 10:53

Əczaçılıq sənayesində Azərbaycan-Rusiya əməkdaşlığının perspektivləri müzakirə edilib

Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Rusiya Sənaye və Ticarət Nazirliyinin Xarici ticarət sahəsində beynəlxalq kooperasiya və lisenziyalaşdırma departamentinin direktoru Roman Çekuşovun rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı tərəflər əczaçılıq sənayesində əməkdaşlığın perspektivlərini, həmçinin tibbi aviasiya sahəsində işbirliyinin inkişaf

30-11-2021, 10:26

Antimikrob preparatlardan düzgün istifadəyə dair maarifləndirmə işi aparılır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi 18-24 noyabr – Ümumdünya antimikrob preparatlardan düzgün istifadəyə dair maarifləndirmə həftəsinə həsr olunmuş dəyirmi masa təşkil edib. Tədbir maraqlı tərəfləri bir araya toplayaraq sözügedən mövzu ətrafında müzakirələr aparmaq və əhalinin maarifləndirilməsinin səviyyəsinin yüksəldilməsi üçün səmərəli həll yolları müəyyənləşdirmək məqsədi daşıyıb. Dəyirmi masada ÜST, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət

30-11-2021, 09:59

Səhiyyə Nazirliyinin nümayəndələri ÜST-nin Moskvada keçirilən toplantısında iştirak ediblər

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional ofisi Rusiyanın paytaxtı Moskvada 9 Şərqi Avropa və Mərkəzi Asiya ölkəsinin (Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya Federasiyası, Tacikistan, Özbəkistan və Ermənistan) milli məktəb səhiyyə sistemlərinin yaxşılaşdırılması layihəsinin yekun toplantısını keçirib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya Səhiyyə Nazirliyinin Federal Dövlət Muxtar Qurumunun (FDMQ) “Milli Uşaq Sağlamlığının

30-11-2021, 09:24

QİÇS-in yayılmasının qarşısının alınması yolları müzakirə edilib

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) Ölkə Əlaqələndirici Komissiyasının (CCM) təşəbbüsü ilə tibb müəssisələrinin rəhbərləri üçün QİÇS-in yayılmasının qarşısının alınması, sağlam və təhlükəsiz həyat tərzi barədə biliklərinin artırılması məsələləri üzrə seminar keçirib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə çıxış edən RQMM-in direktoru Famil Məmmədov insanın immunçatışmazlığı virusunun (İİV) sağlamlıq üçün təhlükələrindən danışıb,

30-11-2021, 09:09

Səhiyyə Nazirliyi, İTSDA və TƏBİB-n birgə məlumatı

Ölkənin səhiyyə qurumları yeni ştamı, dünya ölkələrinin mutasiyalarla bağlı təcrübələrini izləyir və yeni yoluxma hallarını nəzarətdə saxlayır Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə məlumat yayıblar. Məlumatda deyilir: “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir.

30-11-2021, 09:05

Azərbaycanda ötən il və bu il qızılca və məxmərəyə yoluxma halı qeydə alınmayıb

Dünyada 2020-ci ildə 22 milyondan çox körpə COVID-19-a yoluxmaq nəticəsində qızılcaya qarşı peyvənd olunmayıb. Bu da 2019-cu illə müqayisədə 3 milyon uşaq çoxdur. Ölkəmizdə isə son bir ildə qızılcaya yoluxma halları qeydə alınmayıb. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva bununla əlaqədar olaraq deyib: “Ümumdünya Səhiyyə Təşkilatının Avropa regionu üzrə 135 qızılca hadisəsi qeydə alınıb. Ötən il Ukrayna, Belçika, Türkiyə və digər ölkələrin hər birində

30-11-2021, 08:26

Səhiyyə Nazirliyi ilə BMT strukturları arasında əlaqələr diqqət mərkəzində

Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev BMT-nin Azərbaycandakı nümayəndəliyinin rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşüb. Səhiyyə Nazirliyində keçirilən görüşdə COVID-19 mövzusuna toxunan tərəflər Azərbaycanın pandemiya ilə mübarizədə uğurlu tədbirlər gördüyünü vurğulayıblar. Həmçinin Azərbaycanın peyvəndləmə səviyyəsi baxımından öndə gedən ölkələr sırasında olduğu qeyd edilib. Ölkədə tibbi xidmətlərin

31-10-2021, 13:13

Səhiyyə Nazirliyi ilə UNICEF arasında prioritet əməkdaşlıq istiqamətləri müzakirə edilib

Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Aleks Haykens ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə tərəflər aparılan əməkdaşlığın uğurlu olmasını qeyd edərək, gələcəkdə də bu istiqamətdə səylər göstəriləcəyini vurğulayıblar. Həmçinin 2022-ci il üzrə prioritet əməkdaşlıq istiqamətləri müzakirə edilib. Eyni zamanda

31-10-2021, 13:07




Sentyabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova