QİÇS-in yayılmasının qarşısının alınması yolları müzakirə edilib

QİÇS-in yayılmasının qarşısının alınması yolları müzakirə edilib

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) Ölkə Əlaqələndirici Komissiyasının (CCM) təşəbbüsü ilə tibb müəssisələrinin rəhbərləri üçün QİÇS-in yayılmasının qarşısının alınması, sağlam və təhlükəsiz həyat tərzi barədə biliklərinin artırılması məsələləri üzrə seminar keçirib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə çıxış edən RQMM-in direktoru Famil Məmmədov insanın immunçatışmazlığı virusunun (İİV) sağlamlıq üçün təhlükələrindən danışıb, İİV/QİÇS infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınmasının, əhalinin sağlam və təhlükəsiz həyat tərzi barədə biliklərinin artırılmasının vacibliyinə toxunub.
O, yeni növ koronavirus (COVID-19) pandemiyasının beynəlxalq səhiyyə sistemi üçün bir sıra qlobal problemlər yaratdığı dövrdə Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər haqqında danışıb. RQMM-nin direktoru ölkəmizdə İİV testləşməsinin aparılmasının vacibliyini, müalicənin əlçatanlığını və fasiləsiz təmin edilməsini, QİÇS-lə bağlı ölüm hallarının azalmasını və İİV-lə yaşayan xəstələrə qarşı ayrı-seçkilik hallarının qarşısının alınması üçün hər cür şərait yaradıldığını qeyd edib.
RQMM-nin direktor müavini Səbinə Babazadə İİV/QİÇS-lə mübarizədə Səhiyyə Nazirliyinin qeyri-hökumət təşkilatları ilə işbirliyinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Onun sözlərinə görə, Vərəm, İİV və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun layihəsi çərçivəsində xidmət göstərən qeyri-hökumət təşkilatları Səhiyyə Nazirliyi və onun strukturu olan RQMM ilə sıx əməkdaşlıq edir. Eyni zamanda, UNAIDS, WHO, UNICEF, INDP və digər beynəlxalq təşkilatlarla ortaq fəaliyyət davam etdirilir.
Tədbirdə RQMM-in Epidemioloji nəzarət və profilaktika şöbəsinin müdiri Səbuhi Əliyev “Azərbaycanda İİV/QİÇS infeksiyası ilə bağlı epidemiolojı vəziyyət və mübarizə tədbirləri”, Qəbul şöbəsinin müdiri Ədilə Rzayeva “Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-ə görə aparılan müayinələr və mövcud çətinliklər”, mərkəzin müalicə işləri üzrə mütəxəssisi Samirə Vəliyeva “İİV/QİÇS-lə bağlı müalicə və profilaktika tədbirləri” mövzularında təqdimatlarla çıxış ediblər.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova